Nazir müavini Qarabağın "yaşıl" zonaya çevrilməsi prosesi barədə danışdı


Siyasət 21 İyn 2022 10:26:00 115 0

Nazir müavini Qarabağın "yaşıl" zonaya çevrilməsi prosesi barədə danışdı

Qarabağ günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

"Qarabağ günəş elektrik enerjisinin istehsalı üzrə yaxşı potensiala malikdir və yalnız Naxçıvandan geri qalır", - deyə o bildirib.

Nazir müavini Qarabağın "yaşıl" zonaya çevrilməsi prosesi barədə də danışıb.

"Qarabağda bütün enerji mənbələri alternativ enerjiyə əsaslanacaq. Məsələn, biz artıq 4 kiçik su elektrik stansiyasını bərpa etmişik və ilin sonunadək daha 18 stansiyanın bərpası planlaşdırılır. Bu, özəl investorların hesabına baş verəcək", - E.Sultanov deyib.

O, həmçinin "ACWA Power" və "Masdar" şirkətləri ilə ümumi istehsal gücü 470 meqavatt gücündə günəş və külək elektrik stansiyalarının tikintisi çərçivəsində təməlqoymanı da xatırladıb.

"2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin gücünü 30 faiz artırmalıdır, amma bu göstərici növbəti illərdə daha da artırılacaq", - E.Sultanov vurğulayıb.

Son.az