Youtube Semyon Peqovun səhifəsini


Siyasət 21 İyn 2022 07:09:00 128 0

Youtube Semyon Peqovun səhifəsini

"YouTube" təxribatçı videolarla populyarlıq qazanan Rusiyalı "jurnalist" Semyon Peqovun "WarGonzo" səhifəsini bağlayıb.

İkinci Qarabağ müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən rusiyalı hərbi jurnalist Semyon Peqovun "wargonzo" kanalını Youtube şəbəkəsi tamamilə sildiyini açıqlayıb.

Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub.

Erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən "wargonzo" layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.