"İranla mədəni əlaqələr daha da inkişaf edəcək"
Kriminal 20 İyn 2022 20:32:00 105 0
Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələr daha da inkişaf edəcək.
Bu xəbəri də oxu: QHT nümayəndələrinin Şuşaya səfəri başa çatıb FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu gün (20 iyun) Tehranda İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili ilə birgə mətbuat konfransında deyib.
A.Kərimovun sözlərinə görə, mədəni əməkdaşlıqda böyük potensial var. Bu gün bir çox sahələrdə, xüsusilə, ədəbiyyat, kitab sərgilərinin keçirilməsi, kino və teatr sahəsində, mədəniyyət günləri keçirilməsi, mədəni irsin qorunması sahələrində iranlı həmkarımla müzakirələr aparıldı.
Nazir əlavə edib ki, Azərbaycan və İran iki ölkə arasında əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.
"İki ölkə arasında dostluq əlaqələri mövcuddur. Bu əlaqələrin üstünlüyündən istifadə edərək iki ölkə arasında mədəni əməkdaşlıq inkişaf etdiriləcək. Əzəli torpağımız olan Qarabağın azad olunmasından sonra mədəniyyətin Qarabağımıza qaytarılması və bu sahədə İranla əməkdaşlıq üzrə müzakirə apardıq. Xüsusilə də Şuşanın mədəniyyət paytaxtı olması çərçivəsində İranla Azərbaycanın müştərək layihələrini müzakirə etdik. Əminəm ki, bu səfər və bu gün olan faydalı müzakirələrimiz bizim mədəniyyət sahəsində olan əməkdaşlığımızı gücləndirəcək", - deyə o qeyd edib.
İranlı həmkarını Azərbaycana dəvət edən nazir qeyd edib ki, İranın mədəniyyət nazirinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində mübadilə proqramı imzalanacaq.
"İran və Azərbaycan arasında mədəni əlaqələr iki ölkə arasında birgə əməkdaşlıq proqramının yaxın gələcəkdə imzalanması ilə inkişaf edəcək".
"Şəbnəm Qəhrəmanovanın səsi çox gözəldir. Onun səsini və sənə

Ağdam rayonun baş planı hazır olandan sonra burada geniş tikinti-quruculuq

Kirayə verilən dənizkənarı, hovuzlu bağ evlərinə maraq nisbətən azalı

"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov gəlini F

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

Son zamanlarda sosial şəbəkələrdə insanları müəyyən üsullarla aldadı

Müğənni Zamiq Hüseynov oğlu Zeynlə görüntüsünü yayımlayıb.

Misirşünaslar firon "Tutanxamonun lənəti" ilə bağlı şayiələr

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsin

Giresunda minarəsi samovar şəklində olan Yaşıl Məscidin inşası tamamlan

İnternetdə Moskvada taksinin piyada keçidində olan izdihamı vurması anın
