"MTN işi"ndə Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb edilib


Kriminal 20 İyn 2022 21:43:00 101 0

"MTN işi"ndə Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu xəbəri də oxu: Bakı sakininə

Son.az "report"a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələrin elan edilib.

İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub.

O bildirib ki, icraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri icra ediblər.

Təqsirləndirilən şəxs Sahib Ələkbərov 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib.

İttihmların saxta olduğunu deyən Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını, tələb etmədiyini, rüşvət almadığını dilə gətirib.

O, icraatında olan cinayət işləri üzrə birbaşa sabiq baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib.

Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: "Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir".

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərinin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

"Mən Səidə olaraq gözləyirdim ki..." like
  • 20 İyn 21:38  
Şou-biznes "Mən Səidə olaraq gözləyirdim ki..."

"Bizdən sonra gələn müğənnilər ancaq "rakkaçıkı", "

arrow Ətraflı
Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA like
  • 20 İyn 21:32  
Digərləri Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA

Türkiyəli məşhur aktyor Burak Özçivitin Sərhədçi İdman Olimpiya Mərk

arrow Ətraflı
"Rusiyanın bizə qarşı müharibəsi..."  Zelenski like
  • 20 İyn 21:27  
Dünya "Rusiyanın bizə qarşı müharibəsi..." Zelenski

"Müharibə səbəbindən 12 milyondan çox ukraynalı evlərini tərk etm

arrow Ətraflı
Brüssel görüşü 5 saat davam etdi: like
  • 20 İyn 21:15  
Dünya Brüssel görüşü 5 saat davam etdi:

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında

arrow Ətraflı
Gəlini yarışmada qalib gəldiyi üçün döyən bəydən açıqlama like
  • 20 İyn 21:10  
Digərləri Gəlini yarışmada qalib gəldiyi üçün döyən bəydən açıqlama

Özbəkistanda müsabiqədə qalib gəldiyi üçün gəlini toyda döyən bəy o

arrow Ətraflı
Bakıda zəncirvari qəza, xəsarət alan var  FOTO like
  • 20 İyn 21:05  
Digərləri Bakıda zəncirvari qəza, xəsarət alan var FOTO

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
İctimai yerlərlə bağlı like
  • 20 İyn 21:00  
Digərləri İctimai yerlərlə bağlı

2022-ci il iyunun 21-dən etibarən ictimai yerlərdə, o cümlədən küçələ

arrow Ətraflı
Ancelinadan sonra o da Ukraynaya getdi  VİDEO  FOTO like
  • 20 İyn 20:52  
Şou-biznes Ancelinadan sonra o da Ukraynaya getdi VİDEO FOTO

Hollivud ulduzu Ben Stiller Ukraynanın Lvov şəhərinə gedib.

arrow Ətraflı
Azərbaycanda toylarla bağlı qərarda dəyişiklik  Sabahdan... like
  • 20 İyn 20:50  
Digərləri Azərbaycanda toylarla bağlı qərarda dəyişiklik Sabahdan...

2022-ci il iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili və keç

arrow Ətraflı
İraqda 13 nəfərdə vəba aşkarlandı like
  • 20 İyn 20:45  
Dünya İraqda 13 nəfərdə vəba aşkarlandı

İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub.

arrow Ətraflı
Xüsusi karantin rejimi uzadıldı  Quru sərhədlər bu tarixədək bağlı qalacaq... like
  • 20 İyn 20:44  
Digərləri Xüsusi karantin rejimi uzadıldı Quru sərhədlər bu tarixədək bağlı qalacaq...

Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması v

arrow Ətraflı
"Hər il dəvət edirlər ki, “gəlin sizi aparaq Bodruma” like
  • 20 İyn 20:37  
Şou-biznes "Hər il dəvət edirlər ki, “gəlin sizi aparaq Bodruma”

"Mənim üçün istirahət ailəmdəki hüzur, uşaqlarımın, nəvələrim

arrow Ətraflı
"Silk Way West Airlines" onillik uğurunu qeyd edir like
  • 20 İyn 20:35  
Digərləri "Silk Way West Airlines" onillik uğurunu qeyd edir

Silk Way West Airlines onillik uğurunu qeyd edir 

arrow Ətraflı
"İranla mədəni əlaqələr daha da inkişaf edəcək" like
  • 20 İyn 20:32  
Kriminal "İranla mədəni əlaqələr daha da inkişaf edəcək"

Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mə

arrow Ətraflı