Azad olunmuş ərazilərdə başa çatdırılacaq layihələrin


Siyasət 20 İyn 2022 13:10:00 122 0

Azad olunmuş ərazilərdə başa çatdırılacaq layihələrin

İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, həmçinin təqdim olunan büdcə sənədlərdə təqdim edilmiş məlumatların təhlili bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən baxılan zaman qurumlar üzrə bölgüsünü də dəyişir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir. Bundan əvvəl "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Son.az