Ağstafada yol çəkilişinə 2,1 milyon manat ayrılıb


Siyasət 20 İyn 2022 14:16:00 126 0

Ağstafada yol çəkilişinə 2,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Son.az