İşğaldan azad edilmiş ərazilərin bərpasına


Siyasət 20 İyn 2022 11:24:00 174 0

İşğaldan azad edilmiş ərazilərin bərpasına

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.