İsrailin xarici işlər naziri Türkiyəyə


Siyasət 19 İyn 2022 21:26:00 164 0

İsrailin xarici işlər naziri Türkiyəyə

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.

Son.az "Report"a istinadən bildirir ki, səfər iyunun 23-də baş tutacaq. İsrailin XİN başçısı Türkiyədə ikitrərəfli əlaqələri və regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin dövlət başçısı İsxak Herzoq arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Türkiyə-İsrail əlaqələri, terrorçuluqla mübarizə və regional məsələlər diqqət mərkəzində olub.

İsrail Prezidenti Ərdoğana Türkiyənin terrorla mübarizə səylərinə görə təşəkkür edib.