Zəngilan Beynəlxalq Hava Limanının tikintisi


Siyasət 19 İyn 2022 14:14:00 145 0

Zəngilan Beynəlxalq Hava Limanının tikintisi

Zəngilan Beynəlxalq Hava Limanının tikintisi cari ilin sentyabrnda yekunlaşacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada "Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış" mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl Zəngilan ərazisində 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərirdi.

Zəngilanın günəş enerjisi və ekoturizm üçün böyük potensiala malik olduğunu bildirən V.Hacıyev Zəngilanda tikinti, bərpa-yenidənqurma işlərinin davam etdirildiyini vurğulayıb. 

Son.az