Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu


Siyasət 19 İyn 2022 09:24:00 195 0

Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirlyindən Son.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.