Zelenski Nikolayev vilayətinə


Siyasət 18 İyn 2022 20:11:00 120 0

Zelenski Nikolayev vilayətinə

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfər edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, səfəri zamanı regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirib.

Nikolayev vilayətinin iqtisadiyyatının vəziyyəti, eləcə də infrastruktur məsələlərinin həlli yolları müzakirə olunub. Xüsusilə, Rusiyanın raket zərbələri nəticəsində su təchizatı şəbəkələrinə ziyan dəydiyi üçün çətin vəziyyətə düşən rayon mərkəzinin su təchizatının bərpasından danışılıb.

Bundan əlavə, Zelenski Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kimə III dərəcəli Boqdan Xmelnitski ordenini, Nikolaev şəhərinin meri Aleksandr Senkeviçə III dərəcəli "İgidliyə görə" ordenini təqdim edib.