Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı nəzərdə tutuluandan daha tez bərpa olunub


Siyasət 17 İyn 2022 12:53:00 120 0

Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı nəzərdə tutuluandan daha tez bərpa olunub

Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı nəzərdə tutuluandan daha tez bərpa olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zaman deyib.

Nazir bildirib ki, 2021-ci ilin mənzərəsinə baxsaq deyə bilərik ki, 2020-ci ildə itirilən iqtisadi artım bərpa edilib və daha tez müsbət iqtisadi artım məcrasına bərpa təmin edilib.

S.Şərifov bildirib ki, Azərbaycanın neft gəlirləri artıb. "Eyni zamanda qeyri-neft gəlirləri də nəzərdə tutulandan daha çox artıb ki, bu da çox müsbət amildir. Xarici dövlət borcu da azalıb. Eyni zamanda büdcə xərclərinin sosial yönümlülüyü qorunub".