Bakıda iki kişi qonşusunun qızını zorladı


Kriminal 16 İyn 2022 20:25:00 138 0

Bakıda iki kişi qonşusunun qızını zorladı

Bakıda qızının seksual xarakterli zorakılıq hərəkətləri ilə üzləşdiyini bildirən şəxs polisə müraciət edib.

Son.az kriminalqafqaz-a istinadla bildirir ki, Qala qəsəbə sakini, 1980-ci il təvəllüdlü C.C müraciətində bildirib ki, qonşuluqda yaşayan 1988 və 1989-cu il təvəllüdlü iki qardaş onun 12 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törədiblər.

O bildirib ki, hadisə iyunun 5-də saat 13 radələrində baş verib.

Müraciətlə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.   Son.az