Rusiya Bakının təklifini QƏBUL EDİR


Siyasət 13 İyn 2022 11:48:00 248 0

Rusiya Bakının təklifini QƏBUL EDİR

"Əsrlər boyu neft və qaz sənayesi üçün lobbiçilik edən dünya maliyyə-iqtisadi korporasiyaları da bu gün Rusiyanın Ukraynada törətdiklərinə görə siyasi məsuliyyət daşımalıdırlar".

Bunu Son.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü siyasi analtik bildirib ki, Rusiya qlobal oyunçu kimi qalmaq imkanlarını itirdi:

"Başa düşmək lazımdır ki, Rusiya üçün bu gün istənilən beynəlxalq formatda hər hansı iştirak çox mühümdür". Lavrovun Türkiyə səfəri nəfəsi kəsilmək üzrə olan rus diplomatiyası üçün təzə nəfəslik rolunu oynadı. Moskva sübut etməlidir ki, Ukraynada qış və yaz hərbi əməliyyatlarının uğursuzluğa düçar olmasına, dünyanın ən böyük bazarlarından və texnologiyalarından təcrid olunmasına baxmayaraq, kimlərsə hələ də Rusiyanın qlobal olmasa da, ən azı regional miqyasda oyunçu ola biləcəyinə inanır.

3+3 formatı isə bəlkə də yeganə formatdır ki, Moskva bütün dünyaya göstərə bilər ki, "Baxın, biz hələ də güclüyük, bizi hələ də hesaba qatırlar, problemləri həll etməyi, dinləməyi bacarırıq".

Yeganə sual budur ki, hələ də tam şəkildə bir araya gəlməyən bu formatın digər iştirakçıları Kremlə özünü isbat etmək üçün bu imkandan yararlanmağa imkan yaradacaqlarmı, yaradacaqlarsa da bunun müqabilində Moskvadan nə tələb edəcəklər?".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuat konfransında deyib ki, Cənubi Qafqazla bağlı 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) növbəti görüş yaxın zamanlarda keçiriləcək. Xatırladaq ki, postmünaqişə dövründə məhz belə bir formatın ərsəyə gəlməsi təklifi 44 günlük müharibədən sonra Bakı və Ankaradan gəlmişdi.

Təhməz Əsədov Son.az