15 yaşında qoşulub qaçdı, atası ona görə öldü
Kriminal 11 İyn 2022 15:00:00 109 0
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Zəroş Həmzəyeva haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Səmaya yaxın: Rüfət İsmayılın kolleksiyası Bakının ən yüksək nöqtələrindən birində təqdim edildi FOTO
Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart, 1925-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulub. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.
***
Atası Mirzə Bağır Əliyev 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən "Qanlı günlərimiz" kitabını yazıb.
Əsl adı Zərrintac olan Zəroş Həmzəyevanı uşaqlıqdan əzizləyib Zəroş deyə çağırdıqlarına görə elə bu adla da tanınıb.
***
Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyl göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.
***
İbrahim Həmzəyevlə səmimi məhəbbətləri isə o zaman Naxçıvan şəhərindəki pionerlər evində başlayıb. Həmin vaxt İbrahim Həmzəyev pionerlər evinin dram dərnəyinə rəhbərlik edib. Beləliklə, 15 yaşında məktəbli ikən teatra gedən yeniyetmə qız teatr tamaşalarında İbrahim Həmzəyevi sevir. Və bu sevgi 15 yaşlı Zəroşun qoşulub qaçmağı ilə nəticələnir. Hətta atası Mirzəbağır Əliyev bu əhvalatdan sonra dünyasını dəyişir.
Onlar birlikdə səhnədə sevgili rollarını həmişə xüsusi şövqlə oynayıblar. 18 yaşından peşəkar səhnədə olan Zəroş xanım Həmzəyeva 1982-ci ildə İbrahim Həmzəyev vəfat edəndən sonra bir daha səhnəyə çıxmayıb. Leylisi olduğu səhnədən ayrılmaq nə qədər çətin olsa da, İbrahim Həmzəyevsiz səhnəyə çıxmaq ondan da ağır gəlib. Hətta aktrisa nə vaxtsa onu təkidlə teatra dəvət edəcəklərindən çəkinərək köçüb ömrünün sonunadək Bakıda yaşayıb.
***
Gələn il dünyada buğda tədarükü bir az daha daralacaq.

İyunun 11-də Sumqayıt şəhərində KOB Fest sərgi-satış yarmarkası keçi

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərə

Türkiyənin Van şəhərinin Tuşba rayonunda beş nəfərin ağır xəsarətl

Postmünaqişə dövrünün Rusiya-Ukrayna müharibəsinə təsadüf etməsi rə

Uzun zamandır efirlərdən uzaq gəzən Rəhim Rəhimli ATV-də yayımlanan &qu

Hindistanda qəribə hadisə baş verib.

İyunun 11-nə olan məlumata görə, Rusiya Federasiyasının Ukraynaya silahl

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Hindistanda 5 yaşlı uşağa inanılmaz cəza verilib.

Türkiyəli tanınmış aktyor və bloger Anıl Altan özünün 1,2 milyon izlə

Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə

28 yaşlı məşhur müğənni Castin Biberin üzünün yarısı iflic olub.

Vaşinqtonla Moskva arasında münasibətlər indi kritik həddə çatıb, ikit
