Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb, anası özünü binadan yerə atıb


Kriminal 10 İyn 2022 13:45:00 149 0

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb, anası özünü binadan yerə atıb

Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endib.

Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son.az