Prokuror Hafiz Məmmədovun yenidən həbsini tələb edib


Kriminal 07 İyn 2022 11:48:00 206 0

Prokuror Hafiz Məmmədovun yenidən həbsini tələb edib

Prokuror Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verib.

Son.az Trend-ə istinadən bildirir ki, Hafiz Məmmədov barəsində qüvvədə olan qətimkan tədbirinin ləğv edilərək yenidən həbs qətimkan tədbiri ilə əvəz olunması tələb olunub.

Bakı Apellyasiya Məhkəməsi protesti araşdıraraq qərar qəbul edib. Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.