Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi bir milyard dollaradək çata bilər


Siyasət 07 İyn 2022 10:40:00 115 0

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi bir milyard dollaradək çata bilər

2022-ci ilin birinci rübündə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi üç dəfə artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın "QazTrade" şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb.

"Əminəm ki, ilin sonunadək bu göstərici 500 milyon dollara, perspektivdə isə bir milyard dollaradək çata bilər", - deyə o bildirib.

O vurğulayıb ki, Azərbaycana Qazaxıstandan əsasən polad və metal məmulatları, dəmiryol texnikası, lokomotivlər, buğda tədarük olunur.