Türkiyəni tək qoymaq səhv idi – Amerikalı


Siyasət 21 May 2022 19:51:00 102 0

Türkiyəni tək qoymaq səhv idi – Amerikalı

2016-cı ildən bəri ABŞ-Türkiyə münasibətlərini yaxından izləyirəm.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Nyu Yorkda keçirilən "Türkiyə-ABŞ münasibətlərinin tarixi və gələcəyi" adlı paneldə çıxışı zamanı amerikalı ekspert Maykl Doran deyib.

"Pentaqona müraciətimdə Suriyada ən güclü müttəfiqimizi tək qoyduğumuzu, Türkiyənin bu bölgədə qalaraq PKK ilə mübarizə aparacağını söylədim. Bu, uzunmüddətli perspektivdə itki idi. Bu gün getdikcə daha çox insan PKK ilə münasibətlərin strateji səhv olduğunu başa düşür, baxmayaraq ki, etiraf etmək istəmirlər. İndi isə hər şeyi başdan sona yenidən düşünmək üçün real fürsət var", - ekspert bildirib.