Azərbaycan Moda Həftəsinin 12ci mövsümü başlayır


Kriminal 19 May 2022 15:44:00 136 0

Azərbaycan Moda Həftəsinin 12ci mövsümü başlayır

Moda bir araya gətirir! Mayın 20-də Bakıda, Hilton Baku otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.

Moda Bayramı yenidən Bakıda!

Pandemiya dövründə dünyanda yaşanan təlatüm və təcridlərə, karantin vaxtı isə bir çox sevinc və görüşlərdən məhrum olduğumuza baxmayaraq, hazırda əksər ölkələrdə karantin məhdudiyyətləri aradan götürülüb. İndi bizim yenidən görüşmək, ünsiyyət qurmaq, həyatın bəxş etdiyi sevinclərdən həzz almaq, ən əsası - yaradıcılıq vasitəsilə dünyada dostluq və sülh ideyalarını nümayiş etmək imkanımız yaranıb.

Məhz buna görə də, Azərbaycan Moda Həftəsinin cari mövsümünün əsas şüarı sadə və əhəmiyyətli sözlə ehtiva olunur - Birlikdəyik / We are together. 

Azərbaycan Moda Həftəsinin iştirakçıları Qazaxıstan, Özbəkistan və Tacikistandan olan modelyerlər və təbii ki, həmişə olduğu kimi Azərbaycan və Türkiyənin ən yaxşı kutüryeləri öz yeni kolleksiyalarını iki il yarımlıq fasilədən sonra nümayiş etdirəcəklər.

Xalqlar arasında dostluq və müxtəlif ölkələrin milli adət-ənənlərinə ehtiram bu mövsümün əsas görüntüsünü təkşil edən rənglərdə öz əksini tapıb. Afişalar,dəvətnamələr və hədiyyələrin tərtibatında rəssam və qrafik dizaynerlərimiz Azerbaijan Fashion Week-də iştirak edən ölkələrin bayraqlarının bütün rənglərindən istifadə ediblər - Qazaxıstan və Özbəkistan bayrağında olan açıq mavidən, Azərbaycan və Türkiyənin  yaşıl, qırmızı və mavi rənglərinə qədər.