Adının qoyulmağını hamıya qadağan etdi, heç vaxt ailə qurmadı,


Kriminal 15 May 2022 16:00:00 139 0

Adının qoyulmağını hamıya qadağan etdi, heç vaxt ailə qurmadı,

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Şəbnəm Tapdıq haqda maraqlı faktları təqdim edir.

Tapdıqova Şəbnəm İlyas qızı 1962-ci il avqustun 13-də Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub. 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub.

Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb və həmin müsabiqələrin dəfələrlə qalibi olub.

***

Rəşid Behbudov, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər.

Televiziyanın "Xatirə", "Dan Ulduzu" ansambllarının müşayiəti ilə bəstəkar, xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarını ifa edib.

***

7 il Azərbaycan Konsert Birliyində, 5 il R. Behbudov adına Mahnı teatrında solist kimi işləyib. İfası bədii film və tamaşalarda istifadə olunub.

***

O, Şəfiqə Axundovanın "Bəyaz Çiçəklər" ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlərə,

Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurlu solo konsertlərə imza atıb.

Bu konsertlərdən savayı, Şəbnəm Tapdıq 1989-cu ildə Türkiyə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ankarada Atatürk adına "türk musiqisi" ocağının qonağı olmuş, məşhur musiqiçi Mehmet Özbəyin rəhbərlik etdiyi ansamblı ilə geniş proqramla solo konsert verib.

***

Məşhur şair İlyas Tapdığın ailəsində böyüyən müğənni uzun müddət Şəbnəm adı ilə bağlı məsələlərdə gündəmə çevrilib. Belə ki, müğənni Azərbaycanda ilk Şəbnəm adının ona məxsus olduğunu vurğulayıb. Hətta o, həmkarı Şəbnəm Qəhrəmanovadan şikayət də edib. Müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Şəbnəm Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Ş.Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə verəcəyini deyib.

***