Azərbaycanda qadın müəllimi fotoları ilə şantaj etdilər "Ərimdən xəbərsiz oteldə görüşürdük"


Kriminal 13 May 2022 20:40:00 154 0

Azərbaycanda qadın müəllimi fotoları ilə şantaj etdilər  "Ərimdən xəbərsiz oteldə görüşürdük"

Sumqayıtda evli olan məktəb müəllimini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Rauf Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Rauf Vəliyevin məktəb vaxtı sevdiyi qızı nəyə görə şantaj etməsi ictimaiyyətə maraqlıdır.

Son.az xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib və bütün təfərrüatı yayımlayır. 

İttihama görə, Rauf Vəliyev tamah niyyəti ilə Sumqayıt məktəblərinin birində müəllimə işləyən Ayseli (ad şərtidir) intim şəkilləri ilə şantaj edərək görüntüləri ərinə göstərmək hədəsi ilə 50 min manat tələb edib. Ayselin atası Həşim (ad şərtidir) məsələdən xəbərdar olaraq Raufla görüşüb. Tərəflər arasında söhbətdən sonra Həşim 50 min manatı Rauf Vəliyevə verib.

Bir müddətdən sonra Rauf Vəliyev yenidən Aysel və Həşimdən 50 min manat tələb edib. Lakin Həşim həmin pulu verə bilməyəcəyini bildirib. Sonda zərərçəkən Aysel və atası Həşimin şikayəti əsasında Rauf Vəliyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilib.

Rauf Vəliyev ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində deyib ki, Ayseli məktəbdə oxuyandan tanıyır:

"O məndən bir sinif yuxarı oxuyurdu. Onunla sevgi münasibətimiz olub. Universitetdə oxuyanda da Aysellə sevgili kimi olmuşuq. Həmin ərəfələrdə avtoxuliqanlıq etdiyim üçün iki günlük tutulmuşdum, lakin cinayət məsuliyyətinə cəlb olunmamışdım. Sonradan Aysel və ailəsi bunu öyrənmişdi. Mənim Aysellə münasibətim ciddi idi, evlənmək istəyirdim. Lakin onların ailəsi buna razılıq vermədi və biz ayrıldıq. Bir müddət sonra Aysel başqa bir adamla ailə həyatı qurdu".

Rauf Vəliyev deyib ki, 2019-cu ilin əvvəllərində "Odnoklasniki" və ya "instaqram" sosial şəbəkəsində Ayselin onun şəbəkə hesabına girib baxdığını görüb:

"Bundan sonra Ayselə mesaj yazdım, o da cavab verməyə başladı. Təxminən 4-5 ay ancaq danışdıq. Daha sonra oteldə görüşərək cinsi münasibətdə olduq. Bundan sonra həftədə bir gün Xırdalan tərəfdə yerləşən otellərdə görüşüb intim münasibətdə olurduq. Xahişimlə Aysel bütün bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də "instaqram" vasitəsi ilə mənə göndərirdi. Ona baxdıqdan sonra sildiyimi desəm də şəkillər mən də qalmışdı. 2020-ci ildə pandemiya düşdüyündən işlərim zəifləmişdi. Aysellə də görüşə bilmirdim. Pulsuz qalmışdım, qərar verdim ki, Aysel və atasından pul alım. Ayselin atası Həşimdən qisas almaq istəyirdim, çünki vaxtilə məni qızına layiq görməmişdi. Ayselə dedim ki, görüntülərini ərinə göstərəcəm, atana de ki, mənimlə görüşsün. Həşim bir neçə gün sonra mənə zəng elədi. Onunla Novxanı istiqamətində yerləşən restoranların birində görüşdük. Mən ona yalandan kriminal aləmlə sıx əlaqələrimdən danışdım və qızı Ayselin intim şəkillərinin, mesajlarının olduğunu dedim. Həşimdən bu işlərin həlli üçün 50 min manat pul istədim. O, mənə bu qədər pulunun olmadığını bildirdi. Mən Həşimin Xırdalanda evinin olduğunu bilirdim. Dedim ki, get evini sat, gətir mənə, qızını o vaxt mənə verməmisən, mən əziyyət çəkmişəm, sən də indi əziyyət çək. Ona 15 gün vaxt verdim. Həmin ərəfədə Aysel "instagram" hesabını sildi. "Dinc durmadım, onun "vatsap"ına şəkillərini göndərdim. Yazdım ki, "elə bilirsən, hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam". Bundan sonra Ayselgil qorxdular. 2020-ci ilin oktyabr ayının 15-də Həşim zəng edərək bildirdi ki, pul hazırdır. Həmin gün Novxanıda restoranda görüşüb pulu aldım. Materialları məhv edəcəyimə və bir daha onları narahat etməyəcəyimə söz verdim. Pulu şəxsi ehtiyaclarıma xərclədim".

Təqsirləndirilən şəxs bildirib ki, 2021-ci ildə pula ehtiyacı yarandığından yenidən Aysel və Həşimi şantaj etmək fikrini düşüb: