XİNdən Paşinyana cavab


Siyasət 12 May 2022 09:19:00 102 0

XİNdən Paşinyana cavab

"Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri N.Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minaları basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu və beləliklə də mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı zaman, əvvəlcə Ermənistan tərəfi ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edirdi. Daha sonra isə beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi.

Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub. Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb.

30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki geniş miqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.

Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın.

Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz buna səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır.

Lakin, Ermənistan Baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır.

“Google” xəbərlər üçün saytlara pul ödəyəcək like
  • 12 May 09:18  
Digərləri “Google” xəbərlər üçün saytlara pul ödəyəcək

"Google" Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-

arrow Ətraflı
"Starbucks"da etiraz: Özlərini stula yapışdırdılar like
  • 12 May 09:12  
Şou-biznes "Starbucks"da etiraz: Özlərini stula yapışdırdılar

"Yaşıl mil" filminin ulduzu Ceyms Kromvel özünü Nyu-Yorkdakı &qu

arrow Ətraflı
Toyların illərə görə adlandırılması like
  • 12 May 08:59  
Digərləri Toyların illərə görə adlandırılması

1-ci il - çit və ya tənzif (parça) toy 2-ci il - kağız toy 3-cü il - d

arrow Ətraflı
Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının like
  • 12 May 08:58  
Siyasət Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının

Moskva ilə gərginliyin artmasının qarşısını almaq üçün Vaşinqton Kiy

arrow Ətraflı
3 gün bu şorbanı bişirib yesəniz... like
  • 12 May 08:55  
Digərləri 3 gün bu şorbanı bişirib yesəniz...

Orqanizmdə maddələr mübadiləsinin yaxşı getməsi üçün vaxtaşırı ba

arrow Ətraflı
Mülki şəxslər “Azovstal”ı like
  • 12 May 08:54  
Siyasət Mülki şəxslər “Azovstal”ı

Ukraynanın Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, di

arrow Ətraflı
Zelenski Şoltsla danışdı like
  • 12 May 08:53  
Siyasət Zelenski Şoltsla danışdı

Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts Ukraynaya

arrow Ətraflı
Qaraciyər fəaliyyətinin ağırlaşdığını bildirən 6 əlamət like
  • 12 May 08:51  
Digərləri Qaraciyər fəaliyyətinin ağırlaşdığını bildirən 6 əlamət

Insan orqanizmində qaraciyərin normal fəaliyyət göstərməsi çox əhəmiyy

arrow Ətraflı
Bakıda kişini avtomobil vuraraq like
  • 12 May 08:48  
Digərləri Bakıda kişini avtomobil vuraraq

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət al

arrow Ətraflı
Üzdəki tüklərdən birdəfəlik xilas olmağın yolları like
  • 12 May 08:46  
Digərləri Üzdəki tüklərdən birdəfəlik xilas olmağın yolları

Üzdə olan xoşagəlməz tüklər bütün qadınlarda diskomfort hissi yaradır

arrow Ətraflı
Saakaşvili həbsxanadan klinikaya like
  • 12 May 08:44  
Siyasət Saakaşvili həbsxanadan klinikaya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki

arrow Ətraflı
Abşeronda yeniyetməni avtomobil like
  • 12 May 08:28  
Digərləri Abşeronda yeniyetməni avtomobil

Xırdalanda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı
ABŞdan Rusiyaya qarşı yeni like
  • 12 May 08:27  
Siyasət ABŞdan Rusiyaya qarşı yeni

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Amerika maliyy

arrow Ətraflı
Sarıkökün bu zərərləri olduğunu bilirdinizmi? like
  • 12 May 08:25  
Digərləri Sarıkökün bu zərərləri olduğunu bilirdinizmi?

Sarıkökün faydaları haqqında hamının yetərincə məlumatı var. Sarıkö

arrow Ətraflı
Ukrayna ordusu Rusiya ilə sərhədə like
  • 12 May 08:24  
Siyasət Ukrayna ordusu Rusiya ilə sərhədə

"Xarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya q

arrow Ətraflı