Şuşada Mehmandarovların malikanə kompleksində də bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır FOTO
Siyasət 10 May 2022 22:06:00 91 0
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar.
Bu xəbəri də oxu: Prezident Vahid Kirişçini qəbul edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir.
İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır.
Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.
Türkiyədən heç bir zaman ziyan görmədik, ancaq yaxşılıq görmüşük.

Dilin bəlalarını tanıyaq. Cəhənnəm əhlinin çoxu dilinə görə oradadı

Hədislərdə oxuyuruq ki, insanın qəbirdə yoldaşı olar. İndi istərdinmi

"Bu gün mayın 10-da mən mütləq burada olmalı idim".

"Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azə

Adətən hər kəsin sevdiyi çiyələyi, əksər insan saplağını ataraq yeyi

"Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü

Hədislərdə oxuyuruq ki, qəbir hər gün fəryad çəkər: "Mən dəhş

Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdi

Rusiyalı ekspertlər iş yerlərində adamların ölümünün səbəblərini t

Çinin ardından İspaniya və Portuqaliyada da koronavirusa yoluxma halları ar

Mərhum Şeyx Mufid nəql edir: "İmam Kazım (ə) buyurur: "Həqiqət

Bundan sonra da xalqımızın, dövlətimizin inkişafı üçün əlimdən gəl
