Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında Heydər Əliyev dayanır Nailə Vəlixanlı


Siyasət 10 May 2022 16:48:00 75 0

Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında Heydər Əliyev dayanır  Nailə Vəlixanlı

Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında böyük lider Heydər Əliyevin daxili və xarici siyasəti dayanır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı deyib.

"Müasir Azərbaycanın tarixi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müasir dövrün görkəmli, müdrik siyasi xadimi Heydər Əliyevin irsi gələcək nəsillər üçün ən böyük məktəbdir. Biz gələcək nəsillərdə bizə irs qalmış maddi-mənəvi dəyərlərə görə məsuliyyət hissi aşılamalıyıq. Bu baxımdan, böyük azərbaycanlı, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin tarixində görkəmli şəxsiyyət olan Heydər Əliyevin mövqeyini bilmək vacibdir. Ulu öndərin fəaliyyətinə onlarla araşdırma həsr olunsa da, hər bir yeni iş Heydər Əliyevin sözlərinin həqiqiliyini təsdiq edir - "Mənim üçün xalqım, Vətənim, torpağım hər şeydən əzizdir". Ümummilli liderin nəhəng fəaliyyəti sayəsində ölkəmiz hərtərfli inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev tarix yazmış böyük şəxsiyyətdir", - N.Vəlixanlı deyib.

O vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

"Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə qayıtması dövlətçiliyin salnaməsidir. İctimai-siyasi, sosial, iqtisadi və digər sahələrdə qırılmalar baş verdi, böyük xilasa doğru vacib addım atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik qüvvələri səfərbər edərək ölkə üçün vacib atəşkəs rejiminə nail oldu. Heydər Əliyevin siyasətinin əsas məqsədi güclü dövlətin yaradılması idi. Böyük liderin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan tez bir zamanda ictimai-siyasi sabitlik, hüquq dövləti oldu. Siyasət, iqtisadiyyat, ictimai həyat, elm, mədəniyyət - elə bir sahə yoxdur ki, Heydər Əliyevin başlatdığı dəyişikliklər ora toxunmasın", - deyə bildirib.

N.Vəlixanlı əlavə edib ki, Heydər Əliyev həmişə Azərbaycan mədəniyyətinin, incəsənətinin, mədəni-tarixi irsinin öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırıb.

"Heydər Əliyev ölkənin elmi potensialının möhkəməndirilməsi, orta və ali təhsil sistemi səviyyəsinin artırılmasını milli inkişaf strategiyasının başlıca tərkib hissələrindən hesab edirdi və haqlı olaraq bu istiqamətə yönəldirdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev milli dövlətçiliyin qorunması ilə yanaşı, Azərbaycan elminin inkişaf strategiyası üzərində işləməyi vacib hesab edirdi. Heydər Əliyev Azərbaycanda bu gün də davam edən elmi siyasətin əsasını qoyub. Ümummilli liderin 1997-ci il yanvarın 31-də Akademiyanın bir qrup aparıcı alimi ilə tarixi görüşündən sonra Azərbaycan elminin inkişafında yeni mərhələ başladı. Heydər Əliyevin tariximizi obyektiv təhlil etmək, gələcək nəsillərə çatdırmaq çağırışına azərbaycanlı tarixçilər praktiki işlə cavab verdilər. Xalqımızın çoxəsirlik zəngin tarixini, mədəniyyətini yüksək qiymətləndirən Heydər Əliyev həmin dövrün fundamental işlərinin əhəmiyyətini qiymətləndirdi, ölkənin tarixini yazan araşdırmaçılara daha konkret və prinsipial istiqamət verdi. Heydər Əliyev həm də muzey işinə xüsusi diqqət ayırırdı. Onun irəli sürdüyü təşəbbüslər ölkəmizdə muzeylərin inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə və şəbəkənin genişlənməsinə yol açdı. Bu gün milli mədəni irsin qorunması və təbliği siyasətini ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev davam etdirir", - N.Vəlixanlı deyib.

Küveyt hökuməti istefa verib like
  • 10 May 16:42  
Dünya Küveyt hökuməti istefa verib

Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını q

arrow Ətraflı
Peyvənd olunanların sayı açıqlanıb like
  • 10 May 16:36  
Digərləri Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 8 nəfər vaksinasiya olunub.

arrow Ətraflı
"Tarixi Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları" adlı dəyirmi masa keçirilib like
  • 10 May 16:34  
Digərləri "Tarixi Zəfərin qazanılmasında Heydər Əliyev ideyaları" adlı dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Əmək və Sosial Münas

arrow Ətraflı
MİDAdan ucuz ev istəyənlərdən nə qədər rüşvət alınıb? like
  • 10 May 16:24  
Digərləri MİDAdan ucuz ev istəyənlərdən nə qədər rüşvət alınıb?

Bakıda külli miqdarda rüşvət vermədə təqsirləndirilən Könül Kazımov

arrow Ətraflı
Bakıda "hörümçək adam" peyda oldu like
  • 10 May 16:18  
Digərləri Bakıda "hörümçək adam" peyda oldu

Paytaxt Bakıda yeniyetmə oğlan uşağının etdiyi görənləri dəhşətə g

arrow Ətraflı
Məşhur rəqqasə: “Məni valeh etdilər” like
  • 10 May 16:12  
Şou-biznes Məşhur rəqqasə: “Məni valeh etdilər”

"Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər".

arrow Ətraflı
"Opel" alan olmadı, "Toyota" isə...  Azərbaycanda ən çox və ən az satılan avtomobillər like
  • 10 May 16:06  
Digərləri "Opel" alan olmadı, "Toyota" isə... Azərbaycanda ən çox və ən az satılan avtomobillər

2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin

arrow Ətraflı
İlon Mask: Cəhənnəmə düşməyin əleyhinə deyiləm like
  • 10 May 16:00  
Dünya İlon Mask: Cəhənnəmə düşməyin əleyhinə deyiləm

Cəhənnəmə düşməyin əleyhinə deyiləm.

arrow Ətraflı
Bakıda sakinlər yağışa görə əziyyət çəkir  Su evlərə dolur like
  • 10 May 15:54  
Digərləri Bakıda sakinlər yağışa görə əziyyət çəkir Su evlərə dolur

Bakıda məcburi köçkünlərin müvəqqəti yaşadıqları binalardan birinin

arrow Ətraflı
Bankların dollara olan tələbi artıb like
  • 10 May 15:42  
Digərləri Bankların dollara olan tələbi artıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyut

arrow Ətraflı
Məxfi xəritə, “zirehli” notbuk və kələm şorbası: like
  • 10 May 15:36  
Dünya Məxfi xəritə, “zirehli” notbuk və kələm şorbası:

Kiyevdə əsasən hərbi qənimətlərdən və müharibənin digər "yadiga

arrow Ətraflı
Çində səma al qırmızı rəngə boyandı like
  • 10 May 15:30  
Dünya Çində səma al qırmızı rəngə boyandı

Çinin Çjetszyan əyalətindəki Çouşan şəhərində səma qırmızı rəng

arrow Ətraflı
Xalq artisti toyda dekoltesi ilə diqqət çəkdi like
  • 10 May 15:18  
Şou-biznes Xalq artisti toyda dekoltesi ilə diqqət çəkdi

Xalq artisti Tünzalə Ağayeva şairə Nazilə Səfərlinin oğlu Nurlanın toy

arrow Ətraflı
Atmosferdəki karbon qazı rekord həddə çatdı like
  • 10 May 15:12  
Dünya Atmosferdəki karbon qazı rekord həddə çatdı

2022-ci ilin aprelində Yer kürəsi atmosferində karbon qazının rekord yüks

arrow Ətraflı