İrəvan vaxt uzatsa, növbə tarixi ərazilərimizin olacaq
Siyasət 10 May 2022 17:12:00 82 0
"Hər gün atəşkəsi pozan düşməni təkrarən və daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib".
Bu xəbəri də oxu: "Azərbaycan imkansızı bacardı"
"Atəş açılan düşmən mövqeyinə artilleriya basqını həyata keçirib orada yerləşən silahlıları mineral gübrə halına gətirmək və həmin ərazidə üçrəngli bayarağımızı qaldırmaq, Ermənistanın anlaya biləcəyi ən qısa çıxış yoludur.
Kimsə Ermənistandan sərhəd barədə kəlmə işlədərsə, bir az da irəli getməliyik. Sərhədlərin təyin edilməsi üzrə İrəvanın komissiyası qəbulumuza yazılmayana qədər addım-addım tarixi ərazilərimizin düşməndən azad edilməsini davam etdirməliyik. Başqa sözlə, Ermənistanın vaxt uzatması prosesini İrəvanın ərazi "itirməsi" fəaliyyəti ilə paralel həyata keçirməliyik. Bu isə Ermənistanda daxili kataklizmləri daha da dərinləşdirəcək.
Rusiyanın hazırda Ermənistan ərazisində Qazaxıstan hadisələrini təkrarlamaq üçün geniş potensialı mövcud deyil. Dünən keçirilən paradda da gördük ki, paradın nə hava komponenti var, digər tərəfdən isə iştirak edən qüvvələrin əksəriyyəti hərbi məktəblərin və liseylərin kursantları idi. Odur ki, indiki belə bir çətin vəziyyətdə Rusiyanın Ermənistana müdaxilə etməsi üçün real imkanlar mövcud deyil".
Qeyd edək ki, mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Təhməz Əsədov Son.az
Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında 5 ay öncə ba

Mayın 12-dən, Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Bir

"Avroviziya-2022"də milli şərhçimiz olan Murad Arifin Turindən pa

"Park Cinema" kinoteatrlar şəbəkəsi fransız-türk rejissoru Meta

Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsas

Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını q

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Əmək və Sosial Münas

Bakıda külli miqdarda rüşvət vermədə təqsirləndirilən Könül Kazımov

Paytaxt Bakıda yeniyetmə oğlan uşağının etdiyi görənləri dəhşətə g

"Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər".

2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin

Bakıda məcburi köçkünlərin müvəqqəti yaşadıqları binalardan birinin

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyut
