Əfsanəvi skripkaçı Gidon Kremerin 75 illiyinə həsr olunan konsert olacaq


Kriminal 26 Yan 2022 17:21:00 125 0

Əfsanəvi skripkaçı Gidon Kremerin 75 illiyinə həsr olunan konsert olacaq

5 mart tarixində Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq. Təşkilatçı - Premier LTD.

Kompomissiz sənət dünyagörüşünə malik musiqiçi Gidon Kremer öz nəslinin ən hörmətli və nüfuzlu sənətçilərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdır.

Onun geniş repertuarı həm klassik əsərlər, həmçinin 20-21-ci əsrlərin aparıcı bəstəkarlarının musiqisini əhatə edir.

Heç bir başqa solist müasir bəstəkarların və yeni skripka musiqisinin maraqlarını Gidon Kremer qədər müdafiə etməmişdir.

O, Alfred Schnittke, Arvo Pärt, Giya Kancheli, Sofia Gubaidulina, Valentin Silvestrov, Luigi Nono, Edison Denisov, Aribert Reimann, Pēteris Vasks, John Adams, Victor Kissine, Michael Nyman, Philip Glass kimi bir çox müasir bəstəkarlarla sıx əməkaşlıq edib. Onların bir çoxu əsərlərini Gidona həsr edirdi, hansıların ilk ifaçısı adətən Maestronun özü idi.

Beynəlxalq səviyyəli skripkaçı kimi, o, Leonard Bernstein, Riccardo Muti, Claudio Abbado, Lorin Maazel, Herbert von Karajan, Nikolaus Harnoncourt və ya Seiji Ozawa kimi nüfuzlu dirijorlarla və ən böyük orkestrlərlə bərabər çıxış edir.

1997-ci ildə Gidon Kremer 3 Baltik ölkələrdən olan istedadlı gənc musiqiçilərdən ibarət olan Kremerata Baltica kamera orkestrinə əsas qoyub.