“Yeni gənclik” musiqi günləri çərçivəsində konsert keçiriləcək


Kriminal 26 Yan 2022 16:23:00 127 0

“Yeni gənclik” musiqi günləri çərçivəsində konsert keçiriləcək

4 fevral tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 2 fevral Gənclər Gününə həsr olunmuş "Yeni gənclik" musiqi günləri çərçivəsində konsert keçiriləcək. Konsertdə Mustafa Mehmandarovun dirijorlugu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Solist Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, "Gənclərə dəstək" layihəsi iştirakçısı Vüsalə Babayeva Frederik Şopenin Fortepiano və orkestr üçün 1 saylı konsertini (mi minor, op-11) orkestrin müşayiəti ilə ifa edəcək.

Orkestrin ifasında bəstəkar Qara Qarayevin "Don Kixot" simfonik qravürləri də səslənəcək. Onu da qeyd edək ki, 05 fevral görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə günüdü və bu münasibətlə əsər bəstəkarın 104 illiyinə həsr olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Son.az