Boçarnikov "3+3" formatından danışdı


Siyasət 26 Yan 2022 12:22:00 136 0

Boçarnikov "3+3" formatından danışdı

"3+3" formatı buraya daxil olan ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki,bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Ötən il Türkiyə və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə "3+3" əməkdaşlıq formatı işə salınıb. Üzv ölkələrin marağı normallaşmanın və nəqliyyat kommunikasiyalarının açılmasına nail olmaqdır. Birinci iclas Moskvada keçirildi və biz tərəflərin marağının şahidi olduq. Bu format ticari-iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verəcək. Bu görüşlər, əlbəttə ki, davam edəcək. Bütün iştirakçılar əvvəldən bildirib ki, Gürcüstan müəyyən səbəblərdən qoşulmasa belə, onun üçün qapılar hər zaman açıq qalacaq" - deyə səfir deyib.