Bakıda avtomobildən 11 min manat oğurlandı


Kriminal 25 Yan 2022 18:30:00 137 0

Bakıda avtomobildən 11 min manat oğurlandı

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Lökbatan qəsəbəsinin ərazisində "Ford" markalı avtomobildən 11.000 manat pul oğurlamaqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılıb.