Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı VİDEO FOTO
Kriminal 22 Yan 2022 15:06:00 88 0
Yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov "Daewoo" markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.
Bu xəbəri də oxu: Dövlət Simfonik Orkestrinin konserti baş tutdu FOTO
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.
Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda "patı" adlanan psixotrop maddə olan metamfetamin aşkar edilib. O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Aşkar edilən faktla 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Kişilər üçün nəşr olunan məşhur "Playboy" jurnalının yarad

Unun və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısın

Goranboy sakini iddia edir ki, avtomobilini son bir neçə aydır idarə etmədi

Müğənni Emil Bədəlov "Zaurla Günaydın" verilişinin qonağı ol

Müğənni Xatirə İslam yeni fotosessiyası ilə gündəmə gəlib.

Xalq artisti Röya Ayxan dəbdəbəli evi ilə gündəmə gəlib.

Bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Ş

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları bir müddət əvv

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11

Tanınmış müğənni Damla "Fatehin divanı" verilişində qonaq ola
