Qərb Rusiyaya qarşı: udan kim, uduzan


Siyasət 21 Yan 2022 16:19:00 77 0

Qərb Rusiyaya qarşı: udan kim, uduzan

"Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da..." Rusiyanın XİN başçısı Sergey Lavrovun müavini Sergey Ryabkov ABŞ-ın CBC telekanalının jurnalistinin "Rusiyanı Ukrayna qorxudur? Siz niyə Ukraynadan qorxursuz? Niyə hesab edirsiniz ki, özünüzü müdafiə etmək lazımdır?" sualına cavabında belə deyib.

Bu gün isə İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Görüşdə Blinkenin "Rusiya təcavüzünü davam etdirəcəyi təqdirdə vahid, sürətli və sərt cavab verməyə sadiqik", Lavrovun isə cavabında "ABŞ siyasətini dəyişməzsə, Vaşinqtonun düşmən fəaliyyətinin qarşısının alınması üçün sərt fəaliyyət göstərəcəyik" söylədiyi bəyan edilib.

Bundan dolayı iki sual xüsusi aktuallıq kəsb edir:

1. Rusiya Ukraynaya qoşun yeridəcəkmi?

2. Rusiya Ukraynaya qoşun yeridərsə, ABŞ və NATO-nun cavabı nə olacaq?

Kollektiv Qərblə Rusiya arasında yaranmış gərginliyin əsas səbəbi Ukrayna yox, rəsmi Kiyevin NATO-ya qoşulmaq istəyinin aktivləşməsidir. Rusiya bunu NATO-nun Şərqə doğru genişlənmə siyasətini davam etdirməsi, postsovet məkanı ölkələri sırasında Ukraynanı növbəti "hədəf" seçməsi və bunun da özünə ciddi təhdid olduğunu bildirir.

Bu səbəbdən də Rusiya NATO-nun genişlənməsinin dayandırılmasını, Gürcüstan və Ukraynanın NATO-ya qəbul prosedurlarının əngəllənməsini, Ukraynanın Şimali Atlantika Alyansına üzv qəbul edilməyəcəyi ilə bağlı NATO və ABŞ-ın iltizam təminatı verməsini istəyir.

Ötən ilin dekabrında Rusiya XİN təhlükəsizlik təminatlarını nəzərdə tutan müqavilələrin layihələrini yaydı. Sənədləri NATO və ABŞ-la imzalamaq nəzərdə tutulur. Sənədlər Şimali Atlantika Alyansının şərqə doğru bundan sonra da genişlənməsinin dayandırılmasını, postsovet ölkələrinin quruma qoşulmasının təşviqinə son qoyulmasını nəzərdə tutur.

Bundan başqa, Moskvanın hazırladığı layihələr NATO-nun Şərqi Avropa və Ukrayna ilə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiyada istənilən formada hərbi fəaliyyətindən imtinasını da ehtiva edir.

Yanvarın əvvəlində sözügedən problemin müzakirəsi məqsədilə Rusiya, ABŞ və NATO arasında bir sıra görüşlər keçirildi. Danışıqların sonucunda bəlli oldu ki, ABŞ şərtləri absurd sayaraq qəbul etməyib.

S.Lavrovun müavini Sergey Ryabkov isə bəyan etmişdi ki, Şimali Atlantika Alyansına sabiq SSRİ ölkələrinin dəvət olunmasından imtina Moskva üçün ən önəmli məsələdir: "Çünki geriyə çəkilməyə yol yoxdur".

Rusiya NATO-dan yazılı iltizam gözləyir.

Təbii ki, istər NATO, istər də ABŞ "Tamam, postsovet ölkələrini, xüsusilə də Ukraynanı NATO-ya qəbul etmək niyyətində deyilik, buna söz veririk, yazılı iltizamı da hazırlamışıq" tipli bəyanatla çıxış etməyəcək, etməsi də marazm olardı.

Göründüyü kimi, hadisələrin turbulentlik səviyyəsi həddən ziyadədir və məhz bu səbəbən bəhs etdiyimiz iki sualın cavabları az qala ritoriklik səviyyəsindədir.

Son 80 ildə Avpropada savaş ehtimalı bu qədər yüksək olmamışdı. Siyasətçilər və dövlət xadimləri ilə yanaşı, siyasi ekspertlərin və mass-media mənsublarının da əsəbləri tarımdadır. Halbuki siyasət əslində virtual aləmdədir. Mediada yazılanlar, deyilənlər və göstərilənlər, Qərb və Rusiya siyasətçilərinin dedikləri əslində süni yaradılan isterika, hibrid savaşının tərkib hissəsidir.

Sonucda kütlə reallıq hissini itirir və bu, yaşananların ən təhlükəli məqamıdır.

Ukrayna sərhədlərinə Rusiyanın ordu yığması Qərbi çılğına döndərib. Çünki Qərb əmindir ki, Rusiyadan iqtisadi, siyasi və mənəvi cəhətdən güclüdür, liberal dəyərlərə əsaslanan siyasəti sonucda qalib gələcək.

İndisə Qərb dərk edir ki, Ukraynanı qısa müddətdə, sürətlə kontrol altına alaraq nüfuz dairəsinə tam daxil edə bilməyəcək.

Qərb siyasətçiləri ilə mediasının "Rusiyanı yerində oturtmaq" istəyinin güclənərək "Rusiya ilə müharibə ola bilər" isterikası həddinə çatdırılması da tragikomediyadır.

Reallıq odur ki, Qərb Rusiya ilə müharibə etmək istəmir - bunun əvəzində Ukraynanı silahlandıraraq Kiyevi önə itələmək niyyətindədir.

Azərbaycanın dostu, müttəfiqi və strateji tərəfdaşı olan Ukrayna da ağlını itirməyib. Kiyev anlayır ki, indi onu "daha qətiyyətli olmağa" çağıran qüvvələrə tam inanmaq olmaz: Qərbin atıb geri çəkildiyi Əfqanıstanın misalı göz qabağındadır.

Özünə ağır ziyan vurmadan Qərb Rusiyanı SWIFT bank ödənişləri sistemindən də kənarlaşdıra bilməz. Almaniya isə ehtimal olunan enerji böhranı ərəfəsində Rusiyanın təbii qazından imtina edərək "Şimal axını-2" layihəsini qulaqardına vurmaq fikrində deyil.

Təbii ki, Ukrayna ilə bağlı situasiya asanlıqla çözülməyəcək, amma müharibə də olmayacaq.

Bəs nə baş verəcək?

Ukrayna və Gürcüstanın yaxın illərdə NATO sıralarına üzvlüyü formal olaraq baş tutmayacaq. Təbii, kollektiv Qərb bunu açıq etiraf etməyəcək, çünki belə olarsa, iş Qərbin məğlubiyyəti və ya Ukraynanın Rusiya qarşısında "tək qalması" kimi qələmə verilə bilər. Amma hər şeyə rəğmən, Ukrayna və Gürcüstanın NATO sıralarına qəbul edilməsinə qoyduqları vetodan Almaniya ilə Fransa boyun qaçıran deyillər.

ABŞ və Rusiya arasında danışıqların yeni mərhələsi başlayacaq. Enerji böhranını daha da dərinləşdirməmək üçün Avropa Birliyi ilə Rusiya yeni müzakirələrə start verəcəklər.

Postsovet məkanının digər səmtlərində olduğu kimi, Ukrayna ilə bağlı problem də dondurulacaq. Rusiya Avrasiya təhlükəsizlik modelinin inşasını fəallaşdırmaq üçün Asiyaya üz tutacaq, Avropa Birliyi ABŞ-dan asılılığını azaltmaq və qlobal siyasətdə güclənmək üçün vurnuxmağa davam edəcək, zəifləyəcək.

Şəksiz, Rusiya diplomatiyası yaşananları "qələbə" kimi təqdim edəcək, amma sonucda Moskva ilə Avropa arasındakı münasibətlər daha da sərinləyəcək.

İstənilən halda Ukrayna müstəqilliyini qoruyacaq və daha da möhkəmlənəcək.

Orxan Hun Son.az

Ötən gün yol qəzalarında 4 nəfər ölüb like
  • 21 Yan 16:18  
Digərləri Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələri nəticəsində

arrow Ətraflı
ABŞda müxbiri canlı yayımda maşın vurdu like
  • 21 Yan 16:12  
Dünya ABŞda müxbiri canlı yayımda maşın vurdu

ABŞ-ın Qərbi Virciniya ştatında canlı yayım zamanı "WSAZ" tele

arrow Ətraflı
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı like
  • 21 Yan 16:06  
Şou-biznes “Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı

Prodüseri Osman Sınav, rejissoru M.Çağatay Tosun olan və tamaşaçılar tə

arrow Ətraflı
Qlobal inflyasiya böhranı dərinləşir: like
  • 21 Yan 16:03  
Digərləri Qlobal inflyasiya böhranı dərinləşir:

Dünyada ərzaq inflyasiyasının sürətlənməsi orta hesabla iki aydan bir da

arrow Ətraflı
Zaur efirdə hönkürüb ağladı like
  • 21 Yan 16:00  
Şou-biznes Zaur efirdə hönkürüb ağladı

Kömək üçün "Bizimləsən" verilişinə gələn Maisə adlı qız

arrow Ətraflı
Türkiyədə zəncirvari qəzanın görüntüləri yayıldı like
  • 21 Yan 15:54  
Dünya Türkiyədə zəncirvari qəzanın görüntüləri yayıldı

Türkiyənin Mardin şəhərində güclü qar zəncirvari qəzaya səbəb olub.

arrow Ətraflı
Hadisəyə 3 milyonluq üzüklə evlilik təklifi etdi like
  • 21 Yan 15:48  
Şou-biznes Hadisəyə 3 milyonluq üzüklə evlilik təklifi etdi

Türkiyəli müğənni Hadisəyə iş adamı sevgilisi Mehmet Dinçerler evlilik

arrow Ətraflı
Sahibkarların ticarət şəbəkələrinə çıxışı üçün müraciətlərin qəbuluna başlanıldı like
  • 21 Yan 15:47  
Digərləri Sahibkarların ticarət şəbəkələrinə çıxışı üçün müraciətlərin qəbuluna başlanıldı

Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət

arrow Ətraflı
İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı like
  • 21 Yan 15:44  
Digərləri İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı

Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafi

arrow Ətraflı
Türkiyədə eşşəklər soyuqdan donaraq öldü like
  • 21 Yan 15:42  
Digərləri Türkiyədə eşşəklər soyuqdan donaraq öldü

Türkiyədə sosial şəbəkələrdə yayılan görüntülər izləyiciləri hid

arrow Ətraflı
Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi, like
  • 21 Yan 15:41  
Siyasət Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi,

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və digər a

arrow Ətraflı
Sahara səhrasına qar yağdı like
  • 21 Yan 15:36  
Dünya Sahara səhrasına qar yağdı

Əlcəzairin şimal-qərbində yerləşən Sahara səhrasına və yaxınlığın

arrow Ətraflı
Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır like
  • 21 Yan 15:32  
Siyasət Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır

"Artıq son zamanlar Rusiyanın Qazaxıstandakı hadisələrdən sonra ABŞ

arrow Ətraflı
Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi like
  • 21 Yan 15:30  
Digərləri Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi

İstanbulun Bakırköy rayonunda işə gedən kişi altıdan çox sahibsiz itin

arrow Ətraflı
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edib? like
  • 21 Yan 15:24  
Digərləri Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edib?

Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışa

arrow Ətraflı