Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq


Siyasət 21 Yan 2022 14:26:00 129 0

Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq

Naxçıvan-Bakı əlaqəsi yarandıqda Qərbi Zəngəzurdan, yəni tarixi Azərbaycan torpaqlarından keçmək mümkün olacaq, həm iqtisadi, həm də strateji üstünlük reallaşacaq.

Bunu Trend-ə açıqlaması zamanı Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsi müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.

O qeyd edib ki, tarixi Azərbaycan bölgəsi olan Zəngəzurun İran sərhəddinə qədər uzanan son hissəsi 1929-cu il fevralın 18-də Ermənistana verildikdə həm Naxçıvanın, həm də Türkiyənin Bakı ilə quru əlaqəsi kəsildi. 2020-ci ilin noyabrında qazanılan qələbədən sonra İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış atəşkəs sazişinin 9-cu maddəsində Naxçıvanla Bakı arasında quru nəqliyyatının qeyd olunması ilə Zəngəzur dəhlizi beynəlxalq gündəmdə də tanınıb.

Uzunluğu 43 km olan bu dəhliz Türkiyənin Xəzərdən, yəni Türküstandan kənara fasiləsiz çıxmasına imkan yaradacağı üçün Turan dəhlizi də adlanır. Region dövlətləri bu dəhlizin açılması ilə bağlı müxtəlif perspektivlər nümayiş etdirirlər. Azərbaycan və Türkiyə dəhlizin aktivləşdirilməsindən istəkli və razı olduğu halda, Ermənistana müharibəni uduzsa da dəhliz açılacağı təqdir başlatdığı geosiyasi mühasirəni yumşaltmaq imkanı verir, Rusiya da bu vəziyyətdən razı görünür.

Bundan əlavə, Azərbaycan özünü Qafqazın və Mərkəzi Asiyanın avtomobil və enerji daşımalarının mərkəzinə çevirməklə, Avrasiya coğrafiyasında əhəmiyyətini artırmaq, enerji dəhlizində, xüsusən də Xəzərlə bağlı müzakirələrdə mərkəzə çevrilmək, Türkiyə ilə Türk dünyası arasında hər baxımdan körpü olmaq şansı əldə edəcək",-deyə o bildirib.

Onun sözlərinə görə, dəhliz Türkiyəyə regional rəqabətdə Rusiyaya, xüsusən də İrana qarşı liderlik etmək şansı verdi.

"Funksionallaşan dəhliz həm də iki ölkənin artıq mövcud olan ticarət əlaqələrini artıracaq ki, bu da Türkiyə və Azərbaycanı Qərbin enerji resurslarının Xəzər hövzəsinə və onun hüdudlarından kənara nəqli üçün mərkəzə çevirəcək. Türkiyə ilə Ermənistan arasında hazırda inkişaf etdirilən münasibətlərdə Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir"- deyə T. Kodaman vurğulayıb.

“Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır like
  • 21 Yan 14:24  
Dünya “Taliban” 95 minlik təhlükəsizlik qüvvələri yaradır

Əfqanıstanda hakimiyyətə gələn radikal "Taliban" hərəkatı 95

arrow Ətraflı
Vergi daxilolmalarının ən yüksək tempi ictimai iaşədə olub like
  • 21 Yan 14:21  
Digərləri Vergi daxilolmalarının ən yüksək tempi ictimai iaşədə olub

2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17%, aksizlər üz

arrow Ətraflı
Azərbaycanlı yumorist elə bir şeyi hərraca çıxardı ki... like
  • 21 Yan 14:18  
Şou-biznes Azərbaycanlı yumorist elə bir şeyi hərraca çıxardı ki...

Tanınmış azərbaycanlı yumor ustası İdrak Mirzəlizadə maraqlı addım at

arrow Ətraflı
Tokayev etiraf etdi: İğtişaşların kökündə bu dayanırdı like
  • 21 Yan 14:12  
Dünya Tokayev etiraf etdi: İğtişaşların kökündə bu dayanırdı

Ölkədə baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəli

arrow Ətraflı
Bu ölkədə ölüm hökmü ləğv edilib like
  • 21 Yan 14:00  
Dünya Bu ölkədə ölüm hökmü ləğv edilib

Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.

arrow Ətraflı
"Onu necə bağışlayım?" like
  • 21 Yan 13:42  
Şou-biznes "Onu necə bağışlayım?"

Müğənni Tunar Rəhmanoğlu bəstələrinin qiymətini açıqlayıb.

arrow Ətraflı
AzərbaycanErmənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir like
  • 21 Yan 13:34  
Dünya AzərbaycanErmənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir

Bu gün qarşıda duran prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin

arrow Ətraflı
“Sən demə, insan geyiminə də diqqət göstərəndə sənətkarlığı yox olurmuş...” like
  • 21 Yan 13:30  
Şou-biznes “Sən demə, insan geyiminə də diqqət göstərəndə sənətkarlığı yox olurmuş...”

Türkiyəli müğənni Gülşen son zamanlar səhnə libaslarına görə yazıla

arrow Ətraflı