"Kədərdə və sevincdə hər zaman birlikdəyik"


Siyasət 14 Yan 2022 16:28:00 140 0

"Kədərdə və sevincdə hər zaman birlikdəyik"

Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

"Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə paylaşımda qeyd olunub.