Sülhməramlıların Qarabağdan çıxarılması istiqamətində İLK ADDIM


Siyasət 14 Yan 2022 00:11:00 84 0

Sülhməramlıların Qarabağdan çıxarılması istiqamətində İLK ADDIM

"Qoşunları Qazaxıstana Rusiya göndərdi, baxmayaraq ki, KTMT-nin bayrağı altında göndərildi. Onların Qazaxıstana yeridilməsi ilə bağlı qərarı qəbul edən Rusiya idi. O cümlədən, Qazaxıstanı razı salan, Paşinyana hərbiçilərini göndərmək üçün sifariş göndərən də Rusiya idi".

Bunu Son.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Azərbaycan artıq Rusiyanın sülhməramlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarılması istiqamətində ilk addımını atdı:

"Qazaxıstanda əhalinin birdən-birə ayağa qalxması, dövlətə qarşı çıxması keçmiş MDB dövlətləri daxilində Rusiyadan asılı olan dövlətlərin hamısını qorxutdu. Və Putin ikinci Ukrayna hadisələrinin təkrarlanacağından çox ciddi şəkildə narahat oldu. Ona elə gəldi ki, artıq Ukraynada 2014-2015-ci ildən bəri başverən hadislər Qazaxıstanda təkrarlanmağa başlayır. Ona görə də Rusiya ciddi cəhdlə bu hadisələri yatırmağa tələsdi və buna görə də Qazaxıstan höküməti və prezidenti Tokayev Rusiyaya lazımı dəstəyi göstərdi.

KTMT qoşunları Qazaxıstana daxil olanda hər kəs deyirdi ki, təşkilata məxsus bu sülhməramlı qüvvələr vəziyyət tənzimlənənə qədər qalacaq. Bu, deyildiyi kimi 1 ay da çəkə bilər, 3 ay da, 5 ay da. Bəzi siyasi şərhçilər bildirirdilər ki, Rusiya Qazaxıstana girdisə, oradan çıxmayacaq. Ancaq artıq KTMT qoşunlarının Qazaxıstanı tərk etdiyi kadrları görürük, çox qısa müddətdə onlar bu ölkəni tərk etməyə başladılar. Rusiya Qazaxıstanda istədiyinə nail oldumu?"

Qazaxıstandakı gərgin vəziyyət uzunmüddətli stabilləşmədi. Sadəcə insanlar onların qarşısına çıxarılan ordudan ehtiyat edərək müəyyən müddətlik geri çəkildilər. 

Rusiyanın rəhbərlik etdiyi KTMT qoşunlarının belə qısa zamanda Qazaxıstanı tərk etməyə başlaması artıq Azərbaycanı da ruhlandırır. Dünən Prezident İlham Əliyevin yerli telekanalları müsahibəsi zamanı bu məsələ çox aydın şəkildə və düzgün olaraq lazımı səviyyədə izah olundu və Ruisyaya bəzi mesajlar verildi. Baxmayaraq ki, dövlət başçımız Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətindən razılıq ifadə etdi, amma bu razılıq içində Prezident öz lazımı sözlərini də yeritdi və sülhməramlı qüvvələrin Azərbaycanın əleyhinə, səlahiyyətlərindən kənar atdığı addımları bir-bir sadaladı. Bütün bunlar hamısı Rusiya üçün yaxşı formada, bəzədilmiş bir "sürpriz" idi. Rusiya bu açıqlamalardan çox ciddi nəticələr çıxarmalıdır. 

Dövlət başçısının dünənki çıxışından bu qənaətə gəldim ki, Azərbaycan artıq Rusiyanın sülhməramlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarılması istiqamətində ilk addımını atdı. Baxmayaraq ki, bəzi Azərbaycana müxalif olan qüvvələr hesab edirlər ki, Prezident İlham Əliyev sülhməramlı qüvvələrin nadanlığı barədə heçnə demədi, xeyr! Azərbaycan Prezidenti SQ-nin fəaliyyətindən narazılığını tam şəkildə ortalığa qoydu. Bu, bir peşəkar, nəyi necə etməyi çox gözəl bilən uzaqgörən siyasətçi tərəfindən məhz bu cür çatdırılmalı idi. Dövlət başçısı çox incə ismarıclarla Rusiyanın nəzərinə çatdırdı ki, sülhməramlılarla bağl vəziyyət belədir. İlham Əliyevin fransalı prezidentliyə namizədin Qarabağa qanunsuz səfərinə etiraz etməsi bunun çox gözəl sübutudur. 

Bəyanata görə sülhməramlıların Qarabağı tərk etməsi üçün 5 ilin tamamı qısa zaman deyil, amma kontingentin Azərbaycanı tərk etməsini qısa zamanda etmək də mümkün deyil. Ona görə ki, Qazaxıstandakı vəziyyətlə Azərbaycanla Ermənistan arasındakı vəziyyət fərqlidir. Qazaxıstandkı hadisələr ölkənin daxili siyasi münaqişə idi və bu münaqişəni yatırmaq üçün deyilsə də Ruisyanın başında getdiyi qoşunun KTMT bayrağı altında belə olsa Qazaxıstana daxil olması bir çox dövlətlər, siyasətçilər, dövlət başçıları tərəfindən bu ölkənin işğalı kimi qiymətləndirildi. Bu, çox böyük rezonans yaratdı və Rusiyanın oarada qalması yaxın gələcəkdə işğalçı qoşunların Qazaxıstanda qalması kimi qiymətləndirilmək ehtimalı da artırdı. Rusiyanın Qazaxıstanı tərk etməsinin bir səbəbi bu idisə, digər səbəbi: Qazaxıstan prezidenti səhv etdiyini gördü, ölkədə vəziyyətin sabitləşdiyini hiss edən kimi və Rusiya qoşunların Qazaxıstanda qalmasının onun imicinə daha çox ziyan vuracağını anlayınca Tokayev dirəndi və KTMT qoşunlarının Qazaxıstandan çıxmaqdan başqa yolu qalmadı. Baxmayaraq ki, ora gələndə çox başqa məqsədlər üçün gəlmişdilər, amma çox qısa zamanda Qazaxıstanı tərk etmək məcburiyyətində qaldılar.

Amma Azərbaycandakı Rusiya sülhməramlılarının, - KTMT deyil bu, onlar fərqli-fərqli strukturlardır, - Qarabağda yerləşdirilməsi tamam fərqli situasiyadır. Burada erməni faktoru var. Azərbaycanla Ermənistan arasında yerləşən sülhməramlılara münasibət Qazaxıstanda gələn KTMT sülhməramlılara münasibətdən fərqlənir. Bizim üçün çətin olan məsələdə budur ki, biz sülhməramlıların Qarabağı tərk etməsini istəyirik, ermənilər istəmirlər. Proses beləcə də uzun müddət davam edəcək. Amma düşünürəm ki, Prezident İlham Əliyev Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı dediyi "Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz" ifadələri fransa və digər dünya dövlətləri üçün bir siqnal idi. Prezidentin qeyd etdiyi bu cür tədbirlər Azərbaycanın Qarabağın dağlıq hissəsində daha möhkmlənməsi istiqamətində atdığı addımlardan biri olacaq.

Düşünürəm ki, baxmayaraq ki, Qazaxıstanda və Azərbaycandakı stiuasiya fərqlidir, amma artıq Azərbaycan dövləti hiss edir ki, oradakı proseslər onun leyhinə işləməyə başlayıb. Dövlət başçısı dünənki çıxışı ilə sülhməramlı qüvvələrin Azərbaycandan çıxarılması ilk addımı atdı. Bundan sonra şahidi olacağıq ki, bu istiqamətdə müxtəlif açıqlamalar səsləndiriləcək, nəbz yoxlaması geniş vüsət alacaq.

İlham Əliyev müsahibəsində dəhliz məsələsini ona görə çox qabartdı ki, kommunikasiyaların açılması dövlətlər arasında və insanlar arasında münasibətlərin yumşalmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə iki sərhəd arasında münaqişənin zəifləməsinə, belə olacağı təqdirdə sülhməramlıların bölgəni tərk etməsinə səbəb yaradacaq".

Təhməz Əsədov Son.az

Təhsil Nazirliyindən bağçada azyaşlıya qarşı şiddətlə bağlı like
  • 14 Yan 00:05  
Digərləri Təhsil Nazirliyindən bağçada azyaşlıya qarşı şiddətlə bağlı

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə uşaq bağçalarının birind

arrow Ətraflı
Komitə də yayılan görüntülərə münasibət bildirdi like
  • 14 Yan 00:04  
Digərləri Komitə də yayılan görüntülərə münasibət bildirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalar

arrow Ətraflı
Günün qoroskopu: Şəxsi münasibətlərdə harmoniyaya nail olun like
  • 14 Yan 00:01  
Digərləri Günün qoroskopu: Şəxsi münasibətlərdə harmoniyaya nail olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır? like
  • 13 Yan 23:55  
Digərləri İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır?

Sehr bir hadisənin əsl səbəbini gizlətməklə insanlara təsir göstərmək

arrow Ətraflı
Allahdan başqasını köməyə çağırmaq like
  • 13 Yan 23:50  
Digərləri Allahdan başqasını köməyə çağırmaq

Təəssüf ki, "Həzrəti peyğəmbərin hörməti xatirinə, bu övliyanı

arrow Ətraflı
Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz! like
  • 13 Yan 23:45  
Digərləri Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!

Fransa kosmetoloqları yüzlərlə insana nəzarət etdikdən sonra belə nətic

arrow Ətraflı
İslamda homoseksualizmə münasibət like
  • 13 Yan 23:40  
Digərləri İslamda homoseksualizmə münasibət

Homoseksuallıqla məşğul olmaq İslam dini baxımından qadağandır. Belə k

arrow Ətraflı
Britaniyada son sutkada koronavirusdan 335 nəfər həyatını itirib like
  • 13 Yan 23:37  
Dünya Britaniyada son sutkada koronavirusdan 335 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 109 133 nəfər koronavirusa yoluxub. Bu

arrow Ətraflı
3 dəfə peyvənd olunsalar da Omikrona yoluxdular like
  • 13 Yan 23:35  
Digərləri 3 dəfə peyvənd olunsalar da Omikrona yoluxdular

Farer adalarında keçirilən elmi konfransın iştirakçılarının 60%-i Omikr

arrow Ətraflı
Ürəyin dostu olan qidalar hansılardır? like
  • 13 Yan 23:30  
Digərləri Ürəyin dostu olan qidalar hansılardır?

Ürək və damarların sağlam olması həm də bir çox xəstəliklərin qarş

arrow Ətraflı
Pişiklərin qanında təhlükəli virus aşkarlandı like
  • 13 Yan 23:25  
Digərləri Pişiklərin qanında təhlükəli virus aşkarlandı

Koronavirus pandemiyasının başlamasından çox əvvəl ABŞ-da ev pişikləri

arrow Ətraflı
Cinvurma və dua like
  • 13 Yan 23:25  
Digərləri Cinvurma və dua

Cin toxunması elektrik cərəyanının insanı vurmağı kimi bir şeydir. Məl

arrow Ətraflı
Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi  VİDEO like
  • 13 Yan 23:23  
Digərləri Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi VİDEO

Azərbaycanda bağça tərbiyəçilərinin körpələrə qarşı vəhşiliyi sə

arrow Ətraflı
İblisin haqq yoldan azmağı like
  • 13 Yan 23:20  
Digərləri İblisin haqq yoldan azmağı

Məgər şeytan ağılsız bir varlıq idi ki, Allaha üsyan etsin? Adəm və İ

arrow Ətraflı
90% insan düyünü səhv bişirir  Tərkibindəki zəhərli mərgümüş like
  • 13 Yan 23:15  
Digərləri 90% insan düyünü səhv bişirir Tərkibindəki zəhərli mərgümüş

Yəqin ki, siz də düyünü səhv bişirənlərdənsiniz. Alimlər sübut edib

arrow Ətraflı