Soros Bakıya qarşı: yeni


Siyasət 13 Yan 2022 17:20:00 88 0

Soros Bakıya qarşı: yeni

Əvvəlcə sadəcə, bir sual: dünyanın ən nüfuzlu iqtisadiyyat nəzəriyyəçilərindən və iqtisadi ekspertlərindən birinin nifrət etdiyi, "fırıldaqçı" adlandırdığı, bir sıra ölkələrdə az qala ekstremist sayılan, on milyonlarla insanın yoxsullaşmasına, minlərlə şirkətin müflisləşməsinə səbəbkar olmuş adamın haqqdan, ədalətdən danışmağa haqqı varmı?

Var təbii ki. Çünki danışmaq azaddır - fikir və söz azadlığı məqamları var.

Sivil cəmiyyətdə və normal sosiumda fikir izahı tam sərbəstdir, lakin o fikirlərin necə qəbul edilməsi ayrı məqamdır.

Eynən söz demək kimi, deyilənə inanmaq da hər fərdin sərbəst və asudə seçimidir.

Corc Soros... Bu ad əsla birmənalı deyil.

Onu demokratiya uğrunda mübariz və inkişaf etməkdə olan ölkələrə yardım etməyə çalışan adam kimi təqdim edənlərlə bahəm, bu insana nifrət edənlər də az deyil.

Nifrət edənlər dəfələrlə, bəlkə min dəfələrlə artıqdır.

Çünki Corc Soros artıq fırıldaq, saxtakarlıq, tamah, yalan və s. kimi naqisliklərlə bahəm, dövlət çevrilişlərinə cəhdlərin "rəngli inqilab" kimi təqdim edilən ssenarilərini maliyyəçisi və təşəbbüskarı, xaos və anarxiya carçısı kimi tanınır.

Hələ 1996-cı ildə amerikalı iqtisadçı ekspert Pol Kruqman həzz almaq və gəlir əldə etmək üçün saxtakarlıq edən, valyuta böhranları yaradan iri fırıldaqçıları səciyyələndirmək üçün "Soros" kəlməsini təklif etmişdi.

Postsovet məkanındakı istisnasız olaraq bütün (!) kütləvi iğtişaşların, "rəngli inqilab"ların, hakimiyyətin əsaslarını çökdürərək kənardan idarə edilən xaos yaratmaq cəhdlərinin arxasından Corc Sorosun kölgəsi görünür.

Bu, aberrasiya, fantaziya və ya iddia deyil: postsovet məkanı ölkələri ilə yanaşı, Şərqi Avropa dövlətləri də Corc Sorosun "demokratiya", "insan haqları", "söz azadlığı", "azad seçkilər", "transparent cəmiyyət" kimi şüarların arxasında qurduğu mexanizmi görüblər, anlayıblar.

Məhz bu səbəbdən Corc Sorosun yaratdığı və indiyədək rəhbərlik etdiyi "Açıq Cəmiyyət" Fondu (Open Society Foundations ) onun tarixi vətənindən - Macarıstandan qovulmuşdu.

Almaniyaya köçən Fond Berlində fəaliyyətə başladığı ilk gündən reaksion, mürtəce mahiyyətini əsla dəyişmədiyini göstərdi.

Berlin ofisinin rəhbəri  Qoran Buldioskinin postsovet məkanı dövlətləri, xüsusilə də Azərbaycanla bağlı açıqlamalarında "yeni mərhələnin, yeni dövrün başlanacağı" anonsları səngimirdi.

İndi də belədir.

Problem əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun və ya onun hörumçək şəbəkəsindəki fiqurlardan biri Budioskinin mövqeyində, yaxud açıqlamalarında deyil.

Məsələ Sorosun Bakıya təzyiq göstərmək üçün əl atdığı vasitələrin çeşidi ilə təsnifatını artırmasıdır.

Son vaxtlaradək Soros Azərbaycana siyasi təzyiqlər göstərmək vasitəsi kimi Avropa Parlamentindəki sosial-liberalizmin şüarçılarından biri, Avronestin həmsədri Rebekka Harmsdan yararlanırdı. Avropa Parlamentində ölkəmizə qarşı bütün marazmatik siyasi böhtanlar və iddialar, böhtan qovuqları məhz Sorosun sifarişi ilə Harmsın başçılıq etdiyi qrup tərəfindən formalaşdırılırdı.

Harms marionetka idi və səhnəni tərk edəndən sonra pan-Avropa təşkilatları ilə rəsmi Bakı arasında əməkdaşılığın intensivləşdirilməsi üçün, sən demə, hansısa maneələrin olmadığı aşkarlandı.

Corc Soros qocalıb, yırtıcılar isə qocalanda - təbiətin qanunudur, dişlərini itirirlər.

Lakin o, niyyətindən əl çəkmir və puça çıxmış cəhdlərindən gərəkli, rasional nəticə çıxarmayaraq yeni hücumlara keçir.

Bəhs etdiyimiz irrasional cəhdlərin müntəxabatında indi də "Soros Fondu"nun kuluar formada maliyyələşdirdiyi "Vice Media" da yer alıb.

Məhz "Vice Media" Azərbaycana "spontan" maraq göstərməyə başlayaraq ölkəmiz, xüsusilə də Azərbaycan-Ermənistan münaqişəsi barədə tam dezinformasiya və feyk olan iddialarla zəngin "araşdırma"lar dərc etməyə başlayıb.

Ölkə sərhədlərindən kənardakı hansısa media resursunun mövqeyi bizim üçün təbii ki, ifrat önəmli deyil və taleyüklü məsələ sayılmır. Lakin Sorosun maliyyələşdirdiyi - sadəcə, 2019-cu ildə "Soros Fondu" müxtəlif törəmə şirkətləri və off-şor strukturları, habelə affilə edilmiş qurumlar vasitəsilə "Vice Media"nın hesablarına 238,45 milyon dollar köçürüb - bir media vahidinin özünü "müstəqil araşdırmaçı, arbitr" kimi göstərməyə çalışması ən azı ironiya doğurur.

Eyni sözləri "Soros Fondu"nun bilavasitə maliyyə dəstəyindən bəhrələnən və Almaniya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərərək verbal torpedo atəşlərindən yararlanmağa çalışan strukturlarla qurumlar barədə demək olar.

Almaniyada 16 il fasiləsiz olaraq iqtidar koalisiyasını təşkil etmiş 16 il hakimiyyətdə olmuş mühafizəkar Xristian-Demokrat/Xristian-Sosialist İttifaqının hakimiyyətdən getməsi üçün bütün vasitələrdən istifadə edən "Soros Fondu" Almaniya mediasındakı qatı anti-Azərbaycan kampaniyasının təşkilatçısı və nəzarətçisidir.

Yozef Göbbels təmrinləri ilə fəndlərindən istifadə edən fond törəmə təşkilatlar qismində Almaniyanın aparıcı beyin mərkəzləri "Alman Xarici Siyasət Cəmiyyəti" (DGAP) və "Avropa Xarici Əlaqələr Şurası" (ECFR) ilə kooptasiyanı gerçəkləşdirib.

2016-cı ilədək Azərbaycana qarşı neytral, daha doğrusu, rasional mövqe tutan DGAP həmin il direktor postuna Daniela Şvartserin seçilməsindən sonra kursu dəyişdi.

Alman Marşal Fondunun sabiq rəhbəri D.Şvartser Almaniyada Şərqi Avropa və Cənubi Qafqaz regionu üzrə tanınmış siyasi ekspert Ştefan Maysteri Bakıya qarşı "səlib yürüşü"nə cəlb edib. 2017-2019-cu illərdə "DGAP"-də və 2019-2021-ci illərdə Yaşıllar partiyasına yaxın Henrix Böl Fondunun Tbilisidə yerləşən ofisində işlədiyi zaman S.Master xüsusi "fəallıq" nümayiş etdirmişdi.

"Soros Fondu"nun maliyyə dəstəyi ilə fəaliyyət göstərən, avstriyalı sosioloq Gerald Knaus tərəfindən 1999-cu ildə təsis edilmiş "Avropa Stabillik Təşəbbüsü" (European Stability Initiative, ESİ) 2012-ci ildən etibarən Azərbaycanın AŞPA-da "lobbiçilik" fəaliyyətini araşdırır. Azərbaycanla bağlı "kürü diplomatiyası" (Caviar Diplomacy) anlayışını siyasi publisistikaya G.Knaus gətirib.

"Kürü diplomatiyası" abbreviaturası ilə tanınan və əslində sabun köpüyü kimi dağılıb puç olan iddiaların əsaslardan məhrum olduğu çoxdan isbatlansa da, C.Sorosun göstərişləri qüvvədədir.

Kanada və ABŞ-da "bipolyar fəaliyyət" göstərdiyini vurğulayan "Vice Media", Almaniyada məntiqlə gerçəyə qarşı konkistadorluq etdiklərini göstərməyə çalışan marionetlər, Azərbaycanla bağlı ancaq neqativ və imkan olarsa ifrat neqativ mənzərə yaratmağa köklənmiş siyasətçilərlə siyasi ekspretlər - bunlar böyük şəbəkənin tərkib hissələridir.

Bakıya qarşı heç nə edə bilməyən və edə bilməyəcək bir şəbəkənin.

Ağa qara və ya olana olmayan deməklə həqiqət olmaz ki.

Orxan Hun Son.az

Qubada silsilə əməliyyat: saxlanılanlar var  VİDEO  FOTO like
  • 13 Yan 17:18  
Kriminal Qubada silsilə əməliyyat: saxlanılanlar var VİDEO FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən o

arrow Ətraflı
Azərbaycanda qız qaçırtdığı kəndə gedən gənci döyüb öldürdülər  TƏFƏRRÜAT  FOTO like
  • 13 Yan 16:56  
Kriminal Azərbaycanda qız qaçırtdığı kəndə gedən gənci döyüb öldürdülər TƏFƏRRÜAT FOTO

Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim

arrow Ətraflı
Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır like
  • 13 Yan 16:24  
Digərləri Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır

Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan &quo

arrow Ətraflı
Transplantasiya etdiyi qaraciyərləri “damğaladı”  Öz imzası ilə  FOTO like
  • 13 Yan 16:18  
Digərləri Transplantasiya etdiyi qaraciyərləri “damğaladı” Öz imzası ilə FOTO

İngiltərədə transplantoloq cərrah xəstələrinin qaraciyərlərini öz ini

arrow Ətraflı
Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı  VİDEO like
  • 13 Yan 15:54  
Dünya Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı VİDEO

Hindistanın Odişa ştatının Mayurbhanc rayonunda qəzəbli fil sərnişin av

arrow Ətraflı
Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı like
  • 13 Yan 15:50  
Digərləri Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində d

arrow Ətraflı
Su altında qalan yaşayış massivi  Ərazidə niyə kanalizasiya sistemi yoxdur?  VİDEO like
  • 13 Yan 15:48  
Digərləri Su altında qalan yaşayış massivi Ərazidə niyə kanalizasiya sistemi yoxdur? VİDEO

Bu ərazinin sakinləri rezin çəkməkələr olmadan evdən çıxa bilmirlər.

arrow Ətraflı
Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi  Sevil Mikayılova like
  • 13 Yan 15:46  
Siyasət Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi Sevil Mikayılova

Həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ mü

arrow Ətraflı
Əsgərin Bülənt üçün çətir tutması tənqid olundu  FOTO like
  • 13 Yan 15:42  
Digərləri Əsgərin Bülənt üçün çətir tutması tənqid olundu FOTO

Türkiyəli müğənni Bülənt Ərsoy Ankarada Türkiyə Cümhuriyyətinin qur

arrow Ətraflı
Bu binalardan mənzil alanların diqqətinə: Mütləq sənədlərə baxın  VİDEO like
  • 13 Yan 15:24  
Digərləri Bu binalardan mənzil alanların diqqətinə: Mütləq sənədlərə baxın VİDEO

Bəzən vətəndaşlar yataqxana tipli binalardan mənzil alırlar. Təbii ki, b

arrow Ətraflı
Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı like
  • 13 Yan 15:18  
Şou-biznes Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı

Aktyor Rıza Kocaoğlu rejissor köməkçisi Burcu Alptekinlə ayrılıq iddiala

arrow Ətraflı
Yanvarın 15də maqnit qasırğası gözlənilir like
  • 13 Yan 15:12  
Digərləri Yanvarın 15də maqnit qasırğası gözlənilir

Yanvarın 15-də ölkədə maqnit qasırğasının baş verəcəyi proqnozlaşd

arrow Ətraflı
"Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin"  VİDEO like
  • 13 Yan 15:06  
Şou-biznes "Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin" VİDEO

"Deməsəm olmaz" proqramında Əməkdar artist Elza Seyidcahanın &qu

arrow Ətraflı
Azərbaycan yeni nəhəng layihələrlə dünyanı heyrətləndirir  Sahil Kərimli like
  • 13 Yan 15:02  
Siyasət Azərbaycan yeni nəhəng layihələrlə dünyanı heyrətləndirir Sahil Kərimli

Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla enerji sahəsindək

arrow Ətraflı
iBox ilə daha sürətli alışveriş! like
  • 13 Yan 15:00  
Digərləri iBox ilə daha sürətli alışveriş!

iBox - istənilən məhsulların ekspress çatdırılması

arrow Ətraflı