Azərbaycanda qız qaçırtdığı kəndə gedən gənci döyüb öldürdülər TƏFƏRRÜAT FOTO


Kriminal 13 Yan 2022 16:56:00 77 0

Azərbaycanda qız qaçırtdığı kəndə gedən gənci döyüb öldürdülər  TƏFƏRRÜAT  FOTO

Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.

Son.az kriminalqafqaz-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov "Kriminalqafqaz"a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu rayon prokurorluğundan şikayətçi olduğunu bildirib.

O qeyd edib ki, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırıb: "Həmin vaxt müstəntiq gəlib izahat da aldı, qız öz istəyi ilə gəldiyini dedi. Bundan sonra ara sakitləşmişdi, amma kimsə plan qurub ki, oğlum o kəndə gedəndə qətlə yetirsinlər. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik".

K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: "Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı".

Mərhumun atasının sözlərinə görə, Ağsu rayon prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib:

"Qalan 9 nəfər azadlıqdadı, amma onlar da həbs edilməli idi. Ağsu rayon prokurorluğuna getməkdən artıq bezmişəm. Həmin işi aparan Kamran Ağayev bu cinayətkar dəstəni qoruyur. Onları sudan quru çıxarmaq istəyir. Mən narazılıq edəndə deyir ki, "hara istəyirsən, şikayət et". Ağsu rayon prokuroru Rəşad Mansurovla Kamran Ağayev əlbir olub bu işi ört-basdır etmək istəyirlər".

Baş Prokurorluğun Mətbuat xidmətindən "Kriminalqafqaz"ın sorğusuna cavab olaraq bildirilib ki, 13 dekabr 2021-ci ildə Ağsu rayonu ərazisində Məmmədkərim Dərgahlının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb: "Orxan Qaçayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmişin qohumu ifadəsində cinayətin törədilməsində Qaçayev Orxan Gülxan oğlunun qohumlarının da iştirak etdiyini bildirib. Bu səbəbdən ifadəsində göstərdiyi şəxslərin həmin cinayət hadisəsində iştirak edib-etməmələrini müəyyən etmək məqsədilə bütün lazımi istintaq hərəkətləri yerinə yetirilməklə yanaşı müvafiq ekspertizalar da təyin edilib.

İstintaqın hazırkı mərhələsində həmin cinayətin Qaçayev Orxan Gülxan oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hazırda Ağsu rayon prokurorluğunda cinayət işi üzrə ibtidai istintaqın aparılması davam etdirilir".

Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır like
  • 13 Yan 16:24  
Digərləri Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır

Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan &quo

arrow Ətraflı
Transplantasiya etdiyi qaraciyərləri “damğaladı”  Öz imzası ilə  FOTO like
  • 13 Yan 16:18  
Digərləri Transplantasiya etdiyi qaraciyərləri “damğaladı” Öz imzası ilə FOTO

İngiltərədə transplantoloq cərrah xəstələrinin qaraciyərlərini öz ini

arrow Ətraflı
Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı  VİDEO like
  • 13 Yan 15:54  
Dünya Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı VİDEO

Hindistanın Odişa ştatının Mayurbhanc rayonunda qəzəbli fil sərnişin av

arrow Ətraflı
Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı like
  • 13 Yan 15:50  
Digərləri Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində d

arrow Ətraflı
Su altında qalan yaşayış massivi  Ərazidə niyə kanalizasiya sistemi yoxdur?  VİDEO like
  • 13 Yan 15:48  
Digərləri Su altında qalan yaşayış massivi Ərazidə niyə kanalizasiya sistemi yoxdur? VİDEO

Bu ərazinin sakinləri rezin çəkməkələr olmadan evdən çıxa bilmirlər.

arrow Ətraflı
Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi  Sevil Mikayılova like
  • 13 Yan 15:46  
Siyasət Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi Sevil Mikayılova

Həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ mü

arrow Ətraflı
Əsgərin Bülənt üçün çətir tutması tənqid olundu  FOTO like
  • 13 Yan 15:42  
Digərləri Əsgərin Bülənt üçün çətir tutması tənqid olundu FOTO

Türkiyəli müğənni Bülənt Ərsoy Ankarada Türkiyə Cümhuriyyətinin qur

arrow Ətraflı
Bu binalardan mənzil alanların diqqətinə: Mütləq sənədlərə baxın  VİDEO like
  • 13 Yan 15:24  
Digərləri Bu binalardan mənzil alanların diqqətinə: Mütləq sənədlərə baxın VİDEO

Bəzən vətəndaşlar yataqxana tipli binalardan mənzil alırlar. Təbii ki, b

arrow Ətraflı
Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı like
  • 13 Yan 15:18  
Şou-biznes Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı

Aktyor Rıza Kocaoğlu rejissor köməkçisi Burcu Alptekinlə ayrılıq iddiala

arrow Ətraflı
Yanvarın 15də maqnit qasırğası gözlənilir like
  • 13 Yan 15:12  
Digərləri Yanvarın 15də maqnit qasırğası gözlənilir

Yanvarın 15-də ölkədə maqnit qasırğasının baş verəcəyi proqnozlaşd

arrow Ətraflı
"Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin"  VİDEO like
  • 13 Yan 15:06  
Şou-biznes "Kişi elə xəyanət etməlidir ki, qadın bilməsin" VİDEO

"Deməsəm olmaz" proqramında Əməkdar artist Elza Seyidcahanın &qu

arrow Ətraflı
Azərbaycan yeni nəhəng layihələrlə dünyanı heyrətləndirir  Sahil Kərimli like
  • 13 Yan 15:02  
Siyasət Azərbaycan yeni nəhəng layihələrlə dünyanı heyrətləndirir Sahil Kərimli

Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla enerji sahəsindək

arrow Ətraflı
iBox ilə daha sürətli alışveriş! like
  • 13 Yan 15:00  
Digərləri iBox ilə daha sürətli alışveriş!

iBox - istənilən məhsulların ekspress çatdırılması

arrow Ətraflı
İnternet problemi olanların nəzərinə  VİDEO like
  • 13 Yan 14:58  
Digərləri İnternet problemi olanların nəzərinə VİDEO

Texnologiya dövründə hələ də Bakıətrafı kənd və qəsəbələrdə inte

arrow Ətraflı
Müharibə hazırlığına başlayan İrəvana Bakıdan XƏBƏRDARLIQ like
  • 13 Yan 14:56  
Siyasət Müharibə hazırlığına başlayan İrəvana Bakıdan XƏBƏRDARLIQ

Əslində ehtimallarımız özünü doğrultdu. Ermənistanın baş nazirinin Qa

arrow Ətraflı