İlham Əliyev: Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb
Siyasət 13 Yan 2022 13:44:00 93 0
Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb.
Bu xəbəri də oxu: Ukrayna ordusu Rusiyanın texnikalarını
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir".
Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətlər

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

İşğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın b

Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib.

Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiym

Son günlər "Zəhər tuluğu" filmindəki obrazı ilə gündəmdə ol

"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji t

İqtisadçı deputat Vüqar Bayramov bəzi bankların ilin əvvəlindən dollar

Dünyanın ən məşhur məşhur cütlüklərindən biri - Hollivud aktrisası M

Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avt

Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər N

Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərind

Xalq artisti Emin Ağalarovla dünyaca məşhur müğənni Kanye Uestin əməkda
