Prezident: Heç kim qanundan üstün deyil


Siyasət 12 Yan 2022 19:56:00 57 0

Prezident: Heç kim qanundan üstün deyil

Ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox "ayı xidməti"nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.

Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.

Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.

Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə "ASAN xidmət"in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə - iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq. Ancaq hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin".

Şəhərə çıxan koronavirus xəstələri saxlanıldı, 1nə cinayət işi açıldı like
  • 12 Yan 19:54  
Digərləri Şəhərə çıxan koronavirus xəstələri saxlanıldı, 1nə cinayət işi açıldı

Yanvarın 11-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 n

arrow Ətraflı
"Eurovision"a getmək üçün ciddi əlaqələrin olmalıdır" like
  • 12 Yan 19:48  
Şou-biznes "Eurovision"a getmək üçün ciddi əlaqələrin olmalıdır"

Dekabrın ortasında Rusiya mediasında 18 yaşlı Diana Ankudinova adlı qızı

arrow Ətraflı
Rusiyada azərbaycanlı ataya qadağa: Soyad seçimi... like
  • 12 Yan 19:42  
Digərləri Rusiyada azərbaycanlı ataya qadağa: Soyad seçimi...

Rusiyanın Nijni-Vartovsk şəhər məhkəməsi Azərbaycan vətəndaşının id

arrow Ətraflı
Novruz Qartalın nəşi niyə qızının evindən çıxıb? like
  • 12 Yan 19:36  
Şou-biznes Novruz Qartalın nəşi niyə qızının evindən çıxıb?

"Novruz Qartalın nəşi özü kirayədə qaldığı evdən yox, qızı kir

arrow Ətraflı
İlham Əliyev: Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək like
  • 12 Yan 19:32  
Siyasət İlham Əliyev: Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək

Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici inves

arrow Ətraflı
Fərqli peçenya tortu  VİDEO like
  • 12 Yan 19:30  
Digərləri Fərqli peçenya tortu VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Ayaqqabıları üçün xüsusi otaq ayıran Anarın evindən görüntülər  VİDEO like
  • 12 Yan 19:24  
Şou-biznes Ayaqqabıları üçün xüsusi otaq ayıran Anarın evindən görüntülər VİDEO

Məşhur stilist Anar Ağakişiyev yeni köçdüyü evinin görüntüsünü payl

arrow Ətraflı
Prezident: Valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik like
  • 12 Yan 19:20  
Siyasət Prezident: Valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik

Biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik.

arrow Ətraflı
Üzərindən narkotik və civə aşkarlandı like
  • 12 Yan 19:18  
Digərləri Üzərindən narkotik və civə aşkarlandı

Şirvan sakinin üzərindən narkotik və civə aşkarlanıb.

arrow Ətraflı
İlham Əliyev: İqtisadi artım 5 faizdən çoxdur like
  • 12 Yan 19:16  
Siyasət İlham Əliyev: İqtisadi artım 5 faizdən çoxdur

Bu yaxınlarda artıq ilin yekunları mənə təqdim edildi və nəticələr də

arrow Ətraflı
Ölkə başçısı: Qeyrineft iqtisadiyyatımız 7,2 faiz artıb like
  • 12 Yan 19:14  
Siyasət Ölkə başçısı: Qeyrineft iqtisadiyyatımız 7,2 faiz artıb

Bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Qeyri-neft iqtisadi

arrow Ətraflı
Həyat yoldaşından danışan Nigar: "Borcum idi ki, onun şəklini..."  VİDEO like
  • 12 Yan 19:12  
Şou-biznes Həyat yoldaşından danışan Nigar: "Borcum idi ki, onun şəklini..." VİDEO

Əməkdar artist Nigar Qaragözova (Şabanova) şəxsi həyatı ilə diqqət ç

arrow Ətraflı
Cəmi 4 şagirdi olan məktəb  Müəllimlər təhsil verməkdən imtina edir like
  • 12 Yan 19:06  
Digərləri Cəmi 4 şagirdi olan məktəb Müəllimlər təhsil verməkdən imtina edir

İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəzi

arrow Ətraflı
Lənkəranda narkotik alverçiləri saxlanılıb  FOTO like
  • 12 Yan 18:54  
Kriminal Lənkəranda narkotik alverçiləri saxlanılıb FOTO

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər

arrow Ətraflı
Zenfira Rusiya vətəndaşı olmaq istəyir like
  • 12 Yan 18:48  
Şou-biznes Zenfira Rusiya vətəndaşı olmaq istəyir

Müğənni Zenfira İbrahimova Rusiya vətəndaşı olmaq istəyir.

arrow Ətraflı