Ölkə başçısı: Qeyrineft iqtisadiyyatımız 7,2 faiz artıb


Siyasət 12 Yan 2022 19:14:00 163 0

Ölkə başçısı: Qeyrineft iqtisadiyyatımız 7,2 faiz artıb

Bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, çox gözəl göstəricidir: "Xüsusilə, müharibədən çıxmış ölkə üçün. Və ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır".