Ermənistanın növbəti təxribatları da fiaskoya uğradı TƏHLİL


Siyasət 12 Yan 2022 17:12:00 195 0

Ermənistanın növbəti təxribatları da fiaskoya uğradı  TƏHLİL

Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarından etibarən təxribatlar törtəməyə başlayıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi şəhid olub. Bununla yetinməyən Ermənistan yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistanın sərhəddəki vəziyyəti gərginləşdirməsi növbəti hərbi avantüradır.

Sərhəddəki gərginliyi Trend-ə şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatların əsl səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

"44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına, kapitulyasiya bəyanatına imza atmasına rəğmən Ermənistan müxtəlif qarşıdurma, təxribat törətməklə hələ də ordusunun varlığını sübut etməyə çalışır. Ermənistan məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Həmişə işğalçılıq siyasəti yürüdən Ermənistan heç zaman sülh və sabitlik tərəfdarı olmayıb.

Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində regionda yeni reallıqlar, yeni əməkdaşlıq mühiti yaranıb. Sülhün və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması üçün imkanlar yaranıb. 10 noyabr bəyanatında və ondan sonra əldə olunan digər razlaşmalarda da bu məsələlər öz əksini tapıb. Lakin Ermənistan həmişəki kimi bu cür təxribatlar törətməklə sülh və sabitliyin və əməkdaşlığın tərəfdarı olmadığını göstərir. Ermənistan tərəfi bu razılaşmaların yerinə yetirilməsinə əngəllər törətməyə çalışır, lakin onlar unutmamalıdırlar ki, Ermənistan istəsə də, istəməsə də o razılaşmalar həyata keçiriləcək, bunun başqa yolu yoxdur", - deyə deputat bildirib.

Deputat deyib ki, Ermənistan hər zaman olduğu kimi yenə də pozuculuq əməllərindən geri qalmır.

"Lakin hər dəfə Azərbaycan Ordusu Ermənistana layiqli cavab verir. Bu dəfə də baş verənlər əvvəlki hadisələrindən fərqlənmədi, Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur oldu, erməni silahlı qüvvələrinin çirkin niyyətləri fiaskoya uğradı", - deyə A.Hüseynov qeyd edib.

Deputat Vüqar İskəndərov isə Trend-ə açıqlamasında təəssüflə bildirib ki, Ermənistan hələ də yaşananlardan dərs çıxarmaq istəmir.

"Amma bu ölkədə müharibə ritorikası ilə yaşayanlar bilməlidirlər ki, terror və hərbi təxribatlar Ermənistanın özü üçün çox acınacaqlı nəticələr verə bilər. Bu təxribat bədxah qonşularımızın öz xislətlərindən əl çəkmədiyini göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da vurğulandığı kimi, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Hesab edirəm ki, dünya birliyi tez bir zamanda Ermənsitana bu təxribatçı addımlara son verilməsi istiqamətində təzyiq göstərməlidir. Əks təqdirdə bu ölkə yenidən Azərbaycanın "dəmir yumuruğunu" dadmalı olacaq", - deyə deputat vurğulayıb.

Deputat indiki halda Ermənsitan tərəfindən yol verilən bu təxribatları bədxah qonşualrımızın öz dövlətlərinə qəsdi kimi də dəyərləndirib: "Bəlli olduğu kimi, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələndi. Məhz bu müharibədə ordusu darmadağın olan Ermənistan elə bir vəziyyətə düşüb ki, yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb. Düşünmək olardı ki, bu ölkənin siyasi rəhbərliyi nəhayət ki, heç olmasa bundan sonra ağıllı qərarlar qəbul etməkdə özündə güc tapacaq. Amma görünən odur ki, bu ölkə hələ də işğalçı, təxribatçı mahiyyətindən əl çəkə bilmir. Hər halda, Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması belə deməyə əsas verir.

Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyində təmsil olunanlar bu yolla, yəni sərhəddə atəşkəsi pozmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Lakin onlar yanılırlar. Çünki baş verənlər Ermənsitana müsbət heç nə vəd etmir. Əksinə, bu cür təxribatçı əməllərdən əl çəkməyəcəkləri təqdirdə bədxah qonşularımız daha da ağır vəziyyətə düşəcəklər".

Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq like
  • 12 Yan 17:06  
Digərləri Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq

Hazırda Ailə İnstitutu formalaşdırılma mərhələsindədir.

arrow Ətraflı
Əlilliyə görə pensiyalarda artım gözlənilir like
  • 12 Yan 16:54  
Digərləri Əlilliyə görə pensiyalarda artım gözlənilir

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilən də

arrow Ətraflı
Maqnitafon oğruları saxlanıldı  VİDEO  FOTO like
  • 12 Yan 16:48  
Kriminal Maqnitafon oğruları saxlanıldı VİDEO FOTO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçiri

arrow Ətraflı
Qısa səhnə geyimi Hadisəni pis vəziyyətdə qoydu  VİDEO like
  • 12 Yan 16:42  
Şou-biznes Qısa səhnə geyimi Hadisəni pis vəziyyətdə qoydu VİDEO

Hadisənin konsertindən çəkilən kadrlar maraq doğurub.

arrow Ətraflı
Ermənistanın yeni AĞASI uğrunda like
  • 12 Yan 16:40  
Siyasət Ermənistanın yeni AĞASI uğrunda

Fransada 2022-ci ilin aprelinə təyin edilmiş seçkilərlə əsas partiyalar p

arrow Ətraflı
Təhsil tələbə kreditləri nə qədər əlçatandır?  VİDEO like
  • 12 Yan 16:36  
Digərləri Təhsil tələbə kreditləri nə qədər əlçatandır? VİDEO

Bir müddət öncə tələbə təhsil tələbə krediti haqqında danışmışd

arrow Ətraflı
Peyvənd olunanların sayı açıqlandı like
  • 12 Yan 16:34  
Digərləri Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulu

arrow Ətraflı
Məşhur çeklərin 20 minə alınması iddiasına  Rəsmi reaksiya  FOTO like
  • 12 Yan 16:30  
Digərləri Məşhur çeklərin 20 minə alınması iddiasına Rəsmi reaksiya FOTO

Son günlər sosial şəbəkələrdə 1997-ci ilə qədər əhaliyə verilən ö

arrow Ətraflı
Günün yoluxma statistikası açıqlandı like
  • 12 Yan 16:28  
Digərləri Günün yoluxma statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 545 yeni yolu

arrow Ətraflı
Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir like
  • 12 Yan 16:25  
Digərləri Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir

Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox g

arrow Ətraflı
Məşhur filmin çəkildiyi ev 980 min dollara satıldı like
  • 12 Yan 16:18  
Şou-biznes Məşhur filmin çəkildiyi ev 980 min dollara satıldı

Rejissoru Ues Kreyvenin olduğu "Nightmare On Elm Street" layihəsinin

arrow Ətraflı
Qazaxıstan səfiri Azərbaycana təşəkkür edib like
  • 12 Yan 16:12  
Siyasət Qazaxıstan səfiri Azərbaycana təşəkkür edib

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Almatıdakı hadisə

arrow Ətraflı
İlham Əliyev bu müəllimləri təltif etdi like
  • 12 Yan 15:56  
Siyasət İlham Əliyev bu müəllimləri təltif etdi

Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva

arrow Ətraflı
TAP İtaliyada rekord qaz istehlakına səbəb olub like
  • 12 Yan 15:54  
Digərləri TAP İtaliyada rekord qaz istehlakına səbəb olub

Azərbaycan qazının Avropaya nəql edildiyi Trans-Adriatik qaz kəməri (TAP)

arrow Ətraflı