Hulusi Akar Zakir Həsənova başsağlığı verib


Siyasət 12 Yan 2022 12:22:00 194 0

Hulusi Akar Zakir Həsənova başsağlığı verib

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, cənab H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.