Azad olunmuş ərazilərdəki abidələrin “Yol xəritəsi” hazırlanıb


Kriminal 07 Yan 2022 15:56:00 343 0

Azad olunmuş ərazilərdəki abidələrin “Yol xəritəsi” hazırlanıb

Azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar "Yol Xəritəsi" sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

"İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim edilib", - əlavə edib.