Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək


Siyasət 07 Yan 2022 14:37:00 192 0

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Təşkilatdan Son.az-a bildirilib ki, iclasın gündəmi Qazaxıstandakı son vəziyyətlə bağlı olacaq.

İclasın keçirilməsi ilə bağlı təşəbbüs təşkilata sədrlik edən Türkiyə tərəfindən irəli sürülüb. Yanvarın 11-də baş tutacaq iclas onlayn formatda keçiriləcək.