Qarabağdakı erməni separatçılarını MƏHVƏ APARAN SEÇİM


Siyasət 28 Dek 2021 00:15:00 294 0

Qarabağdakı erməni separatçılarını MƏHVƏ APARAN SEÇİM

"Araik Arutyunyanın sərsəm açıqlamalarının heç bir nəticəsi ola bilməz". 

Bunu Son.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Araikin açıqlamaları boşboğazlıqdan başqa bir şey deyil:

"Birincisi, qondarma "Qarabağ"ın təçminatçısı Ermənistan respublikası idi. Ermənistan indi özü bərbad vəziyyətdədir: çöküb, dağılıb, parçalanıb, onun daxilində birdənə sistem yoxdur. Bütün baxış bucaqlarından Ermənistan özü bərbad vəziyyətindədir. 

Paşinyan Ermənistan dövlətinin rəhbəridir. Ermənistan uzun müddət idi işğal siyasətində, Azərbaycan ərazilərinin işğalında günahkar idi. Ona görə də BMT Təhlükəsizlik Şurası 4 Qətnamə qəbul etmişdi ki, Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar. İndi Ermənistan bərbad vəziyyətdədirsə, o zaman Azərbaycan torpaqlarındakı bir yığın separatçı rejim qalıqların hansı sistemi, hansı təminatı ola bilər?! Heç bir şey yoxdur. Bunlar hamısı boş, saxta, çürük probokandanın təbliğatının məhsuludur. Araik və onun kimi quldurbaşılar heç bir şey edə bilməzlər. 

Araik Azərbaycana savaş ELAN ETDİ - Ordumuz Xankəndində peyda ola bilər

Düzdür, onlar çox çalışdılar ki, erməni əsilli insanlar güya ki, Azərbaycan ərazisində Rusiyaya pənah gətirsinlər, güya Rusiya vətəndaşlığını qəbul edirlər və s. Ancaq bir məsələyə diqqət vermək lazımdır ki, bu, müvəqqəti bir prosesdir. Rusiyanın da sülhməramlıları Qarabağdadırlar. Əlbəttə, erməni sepraratçı dəstə qalıqları indi sülhməramlıların oradakı mövcudluğundan sui-istifadə edirlər. Ancaq bu prosesin önündə, tərkibində təxribatyönlü bir yanaşma var. Yəni Araikin çıxışındakı sərsəm fikirləri heç bir vəchlə öz həllini tapa bilməyəcək. 

Biz bu yaxınlarda bütün bu proseslərin gedişatında görəcəyik ki, ümumiyyətlə, bu qondarma rejim qalığına mənsub şəxslərin səsləndirdikləri bu cür məsələlərin axırı yoxdur. Çünki Azərbaycan dövləti Ermənistanın hərbi potensialını dağıtmaqla onların bütün hesablamalarının hamısını alt-üst etdi. Ona görə də bundan sonra bir qalıq erməni heç bir şey edə bilməyəcək. 

İndi onlar Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərindən istifadə etməyə çalışırlar. O xanım namizəd əslində bu qanunsuz addımı ilə özü özünün yolunu bağlayır. Çünki, o, savadlı siyasətçi olsaydı, heç vaxt başqa dövlətin qanunlarını pozmazdı. Pekresin rəqibi - prezidentliyə namizəd Erik Zemmur gəldi Ermənistana, onu da Qarabağa qanunsuz səfərə dəvət etdilər, amma o, rus sülhməramlılarının müvqəqqəti səlahiyyət zonası sayılan ərazilərə getmədi. O anladı ki, Qarabağa getsə özü üçün problem yaradacaq. Ancaq bu Erik Zemmur deyərdim ki, başqan səydir. Sözün əsl mənasında, ciddi siyasətçi başqa dövlətin qanunlarını poza bilməz. Xüsusilə də Fransada özünü prezidentliyə namizdə görürsə, o, gərək dünya qanunvericiliyinə, beynəlxalq hüquqa hörmətlə yanaşsın. Əgər onun həqiqətən də siyasi savadı olsaydı, o, belə bir prosesə baş qoşmazdı. 

Bir daha deyirəm ki, Qarabağda yaşayan erməni azlığı, bir yığın ermənidir ki, onların əksəriyyəti artıq Azərbaycan torpaqlarını tərk ediblər, çünki onlar cinayətkarlıqda iştirak etmişdilər, Azərbaycan vətəndaşlarına qarşı zorakılıqda təqsirləndirilirlər. Ancaq indi isə Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən xeyli sayda erməni var. Onlar başa düşürlər ki, başqa yolu yoxdur. Ona görə də durub "respublikadan", "müstəqillikdən" danışmaq boş, hədər məsələlərdir".

Qeyd edək ki, Nikol Paşinyanın iki gün əvvəl "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq" açıqlaması Qarabağ separatçılarınn naeazılıqları ilə qarşılanıb. Ermənistan baş nazirinin dekabrın 24-də onlayn müsahibəsi Qarabağ ermənilərində qəzəb yaradıb. Separatçılar Paşinyanın açıqlamalarını "milli maraqlara xəyanət" kimi qiymətləndirib və baş nazirin mövqeyi ilə razılaşmadıqlarını açıq şəkildə bildiriblər. Qarabağ erməniləri açıq şəkildə sülhə mane olacaqlarını deyiblər. Separatçı rejimin qondarma rəhbəri Araik Arutyunyan deyib ki, Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bizim əsas istinad nöqtəmizdir və heç bir hökumət bu xətdən kənara çıxa bilməz. Ona görə də Artsax xalqı və hakimiyyətləri heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəklər. O, bəyanatında ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın "işğal olunmuş ərazilərinin azad edilməsi" uğrunda döyüşməyə hazır olduğunu qeyd edib. Oxşar üslubda Paşinyanın mövqeyi digər separatçı "liderlər" tərəfindən də tənqid edilib.

Təhməz Əsədov Son.az