TehranBakı əməkdaşlığının inkişafı üçün müxtəlif ideyalar var


Siyasət 22 Dek 2021 12:48:00 205 0

TehranBakı əməkdaşlığının inkişafı üçün müxtəlif ideyalar var

Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda aeroportda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçiriləcək:

"İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla çoxlu görüşlərim olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı çərçivələr üzərində razılıq əldə etmişik. Bu səfərdə qeyd olunan çərçivələr yekunlaşacaq. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin gediş-gəlişləri olacaq", - deyə o bildirib.