Yetkinlik yaşına çatmayanların mərc oyunlarında iştirakına yol verən satıcılar cərimələnəcək


Siyasət 19 Dek 2021 09:15:00 117 0

Yetkinlik yaşına çatmayanların mərc oyunlarında iştirakına yol verən satıcılar cərimələnəcək

İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə cərimə müəyyənləşir.

Son.az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə müəyyənləşir.