Bakıda yeznə və qayın bıçaqlanıb


Kriminal 17 Dek 2021 22:10:00 261 0

Bakıda yeznə və qayın bıçaqlanıb

Bakının Xəzər rayonunda ailədaxili münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Albalılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayev Rafət Firuddin oğlu yeznəsi 1989-cu il təvəllüdlü Mirzəyev Ağacan Zeynal oğlu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. A.Mirzəyev qaynına 4 bıçaq zərbəsi vurub. Eyni zamanda R.Babayev də yeznəsinə iki bıçaq zərbəsi vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. R.Babayevin vəziyyəti ağırdır.