Ermənistan daha çox itirəcək


Siyasət 13 Dek 2021 14:18:00 144 0

Ermənistan daha çox itirəcək

"Soçi görüşündən sonra ermənilər az qalsın hər gün sərhəddə atəşkəsi pozur, Azərbaycana qarşı təxribat törədir. Təxribatların arxasında bunlar dayanır: Brüssel görüşünə kimi Qərbdən Ermənistanı təxribat törətməyə yönəldirlər, qızışdırırlar ki, Putin və Rusiya qurtarıcı olmasın, nəticədə Moskvanın sülh təşəbbüsləri iflasa uğrasın, sülh missiyasının əsas tərəfi kimi Qərb görünsün".

Bunu Son.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Ermənistan yaratdığı gərginlik nəticəsində daha çox itirən tərəf olacaq:

"Ermənistanın üçtərəfli ("3+3") formatdan çıxmaq niyyəti var, amma imkanları yoxdur. Soçi görüşü və orada qəbul olunan bəyanat, ardınca Putinin qəti fikirləri ki, "gələn həftə kommunikasiyalarla bağlı qərar qəbul olunacaq", amma bu qərarlar qəbul edilmədi və sərhəddə atışmalar, itkilər var - bu, onu göstərir ki, Ermənistanın məqsədi Rusiyanı kənarda saxlamaqla, Qərbi proseslərə qoşmaqdır ki, bununla da üçtərəfli formatın mahiyyətini və onun mənasını itiməyə çalışır. İkinci tərəfdən də bölgəyə yeni oyunçular gətirmək niyyətindədir. 

Stokholmdakı təcrübə onu göstərdi ki, əgər bu təxribatlar davam etsə, Azərbaycan belə görüşlərdən imtina da edə bilər. Bu o deməkdir ki, digər tərəfdən bütün bu təxribatların nəticəsində Ermənistan daha çox itirəcək. Yəni əgər Paşinyan bu yolu seçib, itkilərlə razılaşıb, amma bu formatdan çıxmaq üçün yenə də addımlar atacaqsa, Azərbaycan da növbəti dəfə bu təxribatlara həm siyasi-diplomatik, həm də hərbi cavabını verəcək.  

Paşinyana qarşı Ermənistan daxilində bu gün etirazlar o qədər də böyük deyil. Davamlı şəkildə ona qarşı etiraz aksiyaları təşkil edən siyasi qüvvələr özləri də Qərbyönümlüdür. Çünki əsas Köçəryan tərəfdarları bir dəfə mitinq keçirdilər, ona da təxminən 3 həftə hazırlaşdılar. Amma Milli Demokratik Qütb adlanan Qərbyönümlü partiyalar həftəlik aksiyalar keçirirlər. Digər tərəfdən, Soçi görüşündən sonra Paşinyan məhz parlamenti təmsil edən Qərbyönümlü siyasi partiyalarla məsləhətləşmələr aparır. Bu da öz növbəsində onu göstərir ki, o, müxalifətdə Rusiyaya qarşı dayaq kimi onları istifadə edir. 

Azərbaycanın bu geosiyasi reallıqda imkanları çoxdur. Bu həm hərb, həm də diplomatik sahəyə aiddir. Azərbaycansız bu məsələləri müzakirə etmək mümkün deyil və Minsk Qrupu da təəssüf hissini bildirmişdi ki, Azərbaycan Stokholmda XİN başçılarının götüşündən imtina etmişdi və bu praktika Brüssel görüşündə də davam edə bilər. Prezident İlham Əliyevin də sonuncu çıxışı göstərdi ki, Azərbaycan gözləmək fikrində deyil. Bu gərginliyin nəticəsində Ermənistan daha çox itirəcək, nəinki gələcəkdə qazana bilər. Digər tərəfdən bu "3+3" formatı da bir daha göstərdi ki, Azərbaycan-Ermənistan məsələsində əsas oyunçular kimi Rusiya və Türkiyənin adı çəkilir".

Təhməz Əsədov Son.az