HoradizAğbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandı


Siyasət 12 Dek 2021 12:10:00 115 0

HoradizAğbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ADY-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.

"40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq", - deyə C.Qurbanov qeyd edib.